Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ukrayna Rusiya ərazisindəki hədəfləri də vurmalıdır" - General
"Ukrayna Rusiya ərazisindəki hədəfləri də vurmalıdır" - General

“Rusiya Federasiyasının Ukrayna şəhərlərinə endirdiyi raket zərbələri ölkəmizin rəhbərliyini danışıqlar prosesinə məcbur etmək cəhdidir”.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko Kiyevə raket hücumlarının Rusiya Federasiyasının Qərb silahlarının tədarükünü pozmaq cəhdi olması barədə məlumatı şərh edərkən danışıb.

O, qeyd eidb ki, Ukrayna paytaxtına zərbələr təkcə yardımın çatdırılmasının qarşısını almaq üçün edilməyib. "Seçilmiş obyektlər təkcə texnikanın gəldiyi logistik marşrutları pozmaq üçün deyil",- deyə general bildirib. O əminliklə deyib ki, Rusiya Federasiyasının Ukrayna şəhərlərinə raket zərbələri Ukrayna rəhbərliyini danışıqlar prosesinə məcbur etmək cəhdləridir.

"Buna necə müqavimət göstərmək olar? Rusiya yalnız güc dilini dərk edir, qavrayır və qavrayacaq. Ona görə də raket buraxılışları həyata keçirilən gəmilərin, sualtı qayıqların atəşə tutulması şəklində güc göstərmək lazımdır. Hava və raket hücumundan müdafiəni təşkil etmək lazımdır”,- deyə Romanenko bildirib.

O, Ukraynanın ən azı 300 km-lik uzaq mənzilli silahlara ehtiyacı olduğuna da diqqət çəkib. "Yeri gəlmişkən, ABŞ-ın Ukraynadakı keçmiş səfiri Teylor da bununla razıdır. O bildirib ki, təhdid mənbələri Ukrayna və ya Rusiya ərazisində olmasından asılı olmayaraq məhv edilməlidir",- deyə general qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl Kiyevin iki rayonunda partlayışlar baş verib. Kliçkonun təsdiq etdiyi kimi, Kiyevdə partlayışlar Dnepr və Darnitsa vilayətlərində baş verib. İşğalçılar avtomobil təmiri zavodunu atəşə tutublar.

ABŞ hökuməti Ukraynaya hazırda 80 km mənzilli raketlər verməyə hazırlaşır. Amma rəsmi Vaşinqton Ukraynanın Rusiya ərazilərini vurmayacağını deyir. Başqa sözlə, Ukrayna zəmanət verərək ki, həmin raketlərlə Rusiya ərazilərini vurmayacaq.

Türkan, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »