"Ukrayna oktyabrda Almaniyadan müasir "IRIS-T" hava hücumundan müdafiə sistemi alacaq". Lakin hələlik Berlinin vəd etdiyi ağır silahlar ölkəyə çatdırılmayıb".
Bizimyol.info xəbər verir ki, bunu Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik "NV.UA"ya müsahibəsində bildirib.
"Almaniya istehsalı olan "IRIS-T" sistemi ilə bağlı məsələ son aylarda kansler Olaf Şolz və onun hökumətinə təşəkkür etməyimiz üçün yeganə silah növü olacaq. Çünki Almaniya hökumətinin bu sistemi verəcəyi barədə detallar konkret olaraq dəqiqləşdirilib. Müharibənin ilk günlərindən biz bunun üzərində işləyirik", - deyə Melnik qeyd edib.
Onun fikrincə, bu sistemin alınması üçün uzun müddət gözləmək başa düşüləndir. "Ukrayna alman istehsalçısından spesifik parametrlərə malik sistem alır. İndi bizim üçün hər anın həyati əhəmiyyət daşıdığını nəzərə alsaq, yenə də bu sistemin alınmasını gözləməyə dəyər. Onun istehsalı yayın sonunda başa çatacaq. Sonra təlimlər olacaq, təhvil isə oktyabrda baş tutacaq", - diplomat bildirib.
O vurğulayıb ki, bu, təxminən Kiyev böyüklükdə ərazini qorumağa qadir olan ən yeni zenit müdafiə sistemidir. "Ukrayna üç-dörd ay ərzində şəhərlərin və ən mühüm obyektlərin ətrafında bu sistemi quraşdıra biləcək", - Melnik deyib.
Diplomat həmçinin təəssüflə bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin 105-ci günündə Berlinin vəd etdiyi bir dənə də olsun ağır texnikanı Ukraynaya çatdırılmayıb. "Kiyev çoxdan Almaniya silah sənayesindən kommersiya təklifləri alıb. Bu təkliflərin altı həftədir Scholz hökuməti tərəfindən nəzərdən keçirildiyi bildirilir. Təəssüf ki, heç bir qərar yoxdur. Tonlarca bəhanə və tonlarla yanlış anlaşılan arqumentlər göstərilir", - deyə Melnyk qeyd edib.
"Almanların elan etdiyi kimi, Kiyev iyunun 22-də ölkəyə təhvil veriləcək yeddi özüyeriyən "Haubitsa" alacaq. İyulun sonunadək Berlinin vəd etdiyi 30 "Gepard" özüyeriyən zenit silahından 15-i Ukraynaya çatdırılacaq, digər 15-i isə avqustun sonunadək təhvil veriləcək. Almaniya hökumətinin bu günə qədər elan etdiyi bütün qərarlardan cəmi iki qərar (Ukraynaya silah verilməsi ilə bağlı) hazırda icra mərhələsindədir, - deyə diplomat bildirib.
Qadir, Bizimyol.info