Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin Rusiyada AİHM qərarlarının icra olunmaması ilə bağlı qanun imzalayıb
Putin Rusiyada AİHM qərarlarının icra olunmaması ilə bağlı qanun imzalayıb

Rusiya prezidenti Vladimir Putin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının Rusiya ərazisində icra olunmaması ilə bağlı qanun imzalayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə şənbə günü rəsmi hüquqi informasiya portalında iki müvafiq sənəd dərc edilib.

Sergey Lavrov və Vladimir Putin Sergey Lavrov və Vladimir Putin

Belə ki, AİHM-in 2022-ci il martın 15-dən sonra - Rusiya Federasiyasının Avropa Şurasından çıxmaq üçün ərizə verdiyi andan Rusiya dövlətində insan haqlarının pozilması ilə bağlı qəbul etdiyi qərarlar icra olunmayacaq və AİHM-in qərarlarına əsasən heç bir subyektə kompensasiya ödəniləcək. Buna qədər olan AİHM-in qərarları əsasında kompensasiyaların ödənilməsi isə yalnız rublla və yalnız Rusiya banklarındakı hesablara həyata keçiriləcək.

Eyni zamanda, Rusiya Federasiyasının Baş Prokurorluğu 2023-cü il yanvarın 1-dək AİHM-in qərarlarına uyğun olaraq ərizəçiyə pul kompensasiyası ödəyə biləcək.

Bundan əlavə, AİHM-in qərarları artıq Rusiya məhkəmələri tərəfindən qəbul edilən qərarlara yenidən baxılması üçün əsas olmayacaq. Eyni zamanda, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi üçün əsasları genişləndirən və yeni açılmış hallara görə cinayət işinin bərpasına imkan verən əlavə kompensasiya mexanizminin yaradılması nəzərdə tutulur.

Rusiya Federasiyası öz nizamnaməsinin 7-ci maddəsinə əsasən, Avropa Şurasının hər hansı üzvünün onun üzvlüyündən rəsmi bildirişlə çıxa biləcəyini əsas götürərək, Avropa Şurasının Baş Katibinə təşkilatdan çıxması barədə bildiriş göndərib. Rusiya təşkilatdan çıxma prosesinə martın 15-də başlayıb.

Bu da Putinin Rusiyanı daha bir beynəlxaq qurumdan təcrid etdiyinin göstəricisidir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »