Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna millisi Millətlər Liqasının yeni mövsümündə Ermənistanı məğlub edib
Ukrayna millisi Millətlər Liqasının yeni mövsümündə Ermənistanı məğlub edib

Ukrayna millisi hazırkı Millətlər Liqasının ikinci oyununda Ermənistanı məğlub edib.

Bizimyol.info xəbər verir ki, ilk hissədə komandalar qol vura bilməyib. Ən maraqlısı görüşün ikinci yarısında “sarı-göylər”in rəqibin qapısına üç dəfə zərbə endirdiyi vaxt baş verib.

Ukrayna - Ermənistan - 3:0

Qollar: Malinovski (61), Karavaev (77), Mikolenko (84)

Ukrayna: Pyatov, Zinçenko (Mikolenko 78), Matvienko, Zabarnı, Karavaev, Şaparenko (Pixalyonok 70), Sidorçuk (İqnatenko 85), Malinovski, Mudrik (Zubkov 78), Yaremçuk (Dovbik 70), Tsqankov

Ermənistan: Yurçenko, S. Mkrtçyan, Mkoyan, Voskanyan, Monroy, Barseqyan (Arutyunyan, 66), Daşyan (Malakyan, 80), Hüqo, K. Hovhannisyan, Bayramyan (Biçaxçyan, 55), Babayan (Adamyan, 55)

Oyun Ukrayna millisinin müvəqqəti ev oyunlarını keçirdiyi Polşanın Lodz şəhərində keçirilib.

İyunun 14-də ukraynalılar İrlandiyanı Lodza aparacaqlar.

Ukrayna - Ermənistan: oyunun nəticələri

Andrey Pyatov üçün bu, Ukrayna millisinin forması ilə son matç olub. Məşhur qolkiper millidə 102 oyun keçirib və beynəlxalq karyerasını başa vurub.

Andrey Yarmolenko xəstəliyi səbəbindən oyunu buraxıb.

Ruslan Malinovski Ukrayna millisinin heyətində yeddinci qolunu vurub. Sonuncu dəfə "Atalanta"nın yarımmüdafiəçisi 2020-ci ilin payızında Almaniyanın qapısında penaltidən qeyd olunub.

Vitali Mikolenko millinin heyətində debüt qolunu vurub.

Aleksandr Karavaev millinin heyətində ikinci qolunu vurub. O, ilk dəfə 2018-ci ilin martında Yaponiya ilə oyunda qol vurub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »