Avropa Komissiyasının sədri Ursula fon der Leyen Kiyevə səfər edib və burada Ukrayna prezidenti Vladimir Zelenski ilə Ukraynanın gələcək Avropa İttifaqına üzvlüyü ilə bağlı müzakirələr aparıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Ukrauna mətbuatı məlumat verib.
O: "Ukrayna üçün mesaj aydın olmalıdır: qısa yollar yoxdur və ölkə Birliyin bir hissəsi olmaq üçün xüsusi şərtləri yerinə yetirməli olacaq", - deyib.
"Prezident Zelenski və baş nazir Şmıxalla görüşmək üçün Kiyevə qayıtdım. Biz ölkənin yenidən qurulması üçün lazım olan birgə işlərdən, eləcə də Ukraynanın Avropa yolunda əldə etdiyi irəliləyişlərdən danışacağıq" - fon der Leyen Kiyevə gedərkən bir neçə jurnalistə deyib. O vurğulayıb ki, AK Ukraynanın üzvlüyə qəbul üçün müraciətini qiymətləndirir. AB icması "tezliklə" hazır olacaq.
Bu, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri fon der Leyenin Kiyevə ikinci səfəridir. Bu dəfə danışıqların əsas mövzusu Komissiyanın hazırladığı Ukrayna ərizəsi ilə bağlı rəy olacaq.
"Ukrayna Aİ ilə ortaq dəyərlərin müdafiəsinə böyük töhfə verib" - prezident Vladimir Zelenski Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ilə görüşdən sonra bildirib.
Zelenski vurğulayıb ki, Rusiyanın işğalı zamanı Ukrayna və onun qurumları Avropa mühitinə inteqrasiya etdiklərini sübut ediblər. "Avropa İttifaqı ölkələrində ictimai rəy sorğuları göstərir ki, onların vətəndaşlarının əksəriyyəti Ukraynanı Avropa ailəsinin bir hissəsi hesab edir, - deyə Zelenski bildirib.
"Ukrayna xalqının gücü və cəsarəti məni dərindən təsirləndirdi. Ukraynada döyüşlər hələ də davam edir, amma mən onu da görürəm ki, burada həyat canlanır, insanlar Kiyevə qayıdır, körpülər bərpa olunur, dağıntılar təmizlənir, - deyə Avropa Komissiyasının sədri Kiyevdə çıxış zamanı qeyd edib.
"Mən Ukraynanın Avropa İttifaqına daxil olmaq yolunda qətiyyətini çox yüksək qiymətləndirirəm, üzvlük yolu məlumdur və bu konkret müəyyənedici amillərə əsaslanır, - deyə Ursula fon der Leyen əlavə edib.
Qadir, Bizimyol.info