Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağır cinayət törədənlər Rusiyada taksi sürücüsü işləyə bilməyəcək
Ağır cinayət törədənlər Rusiyada taksi sürücüsü işləyə bilməyəcək

Rusiya prezidenti Vladimir Putin bir sıra ağır və xüsusilə ağır cinayətlər törətməyə, habelə orta ağırlıqda olan cinayətlərə görə məhkumluğu olan şəxslərin taksi və avtobus sürücüsü işləməsini qadağan edən qanunu imzalayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə sənəd şənbə günü rəsmi hüquqi informasiya portalında dərc edilib.

Qanuna əsasən, adam öldürmə, qəsdən sağlamlığa ağır zərər vurma, adam oğurluğu, quldurluq, soyğunçuluq, fiziki şəxsin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayətlərə görə götürülməmiş və ya ödənilməmiş məhkumluğu olan şəxslərin sərnişin və baqaj daşınması zamanı taksi kimi minik avtomobillərini idarə etməyə icazə verilmir.

"O cümlədən ictimai təhlükəsizliyə qarşı, konstitusiya quruluşunun əsaslarına və dövlətin təhlükəsizliyinə, bəşəriyyətin sülh və təhlükəsizliyinə qarşı, Rusiya Federasiyasının Cinayət Məcəlləsinə uyğun olaraq orta dərəcəli cinayətlər kimi təsnif edilən cinayətlər, ağırlıq, ağır və xüsusilə ağır cinayətlər törədənlər də bu xidmət sahələrində işə götürülməyəcəklər.

İşəgötürənə cinayət keçmişinin olmaması haqqında arayış təqdim etməyən işçilərlə əmək müqaviləsi ləğv edilir. Qaydalar həmçinin Avrasiya İqtisadi Birliyi üzvü olan ölkələrin (Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan) vətəndaşları ilə bağlanan əmək müqavilələrinə də şamil edilir. Təşəbbüs müəlliflərinin qeyd etdiyi kimi, digər əcnəbilərlə bağlı məsələ Rusiya Federasiyasının ərazisində həmçinin onun hüdudlarından kənarda cinayət törətməkdə ittiham olunan əcnəbi vətəndaşların iş icazəsi və patent almasına qadağa qoyulması yolu ilə həll edilib.

Avtobuslara, tramvaylara, trolleybuslara gəldikdə isə, ictimai təhlükəsizliyin əleyhinə olan cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilmiş, konstitusiya quruluşunun əsaslarına və dövlətin təhlükəsizliyinə, bəşəriyyətin sülh və təhlükəsizliyinə qarşı cinayət törətdərək məhkum edilmiş şəxslərə bu nəqliyyat vasitələrini idarə etməyə icazə verilmir. Yəni, bu halda söhbət ağır və xüsusilə ağır cinayətlərdən gedir.

Yeni qaydalar 2023-cü il martın 1-dən qüvvəyə minəcək. Eyni zamanda, bir sıra keçid müddəaları nəzərdə tutulub ki, onlara görə artıq bu sahədə çalışan şəxslər 2023-cü il sentyabrın 1-dək müvafiq sənədləri işəgötürənə təqdim etməli olacaqlar.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »