Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sahibkarlar üçün bank kreditləri niyə əlçatan deyil?
Sahibkarlar üçün bank kreditləri niyə əlçatan deyil?

“Azərbaycanda biznes üçün kredit şərtləri çox ağırdır. Belə ki, Azərbaycan banklarında kifayət qədər likvid vəsait olsa da, biznes üçün bankların kredit faizləri çox yüksəkdir.”

Bizimyol.info xəbər verir ki, bu barədə yerli mətbuata Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Cemal Yangın danışıb. O, qeyd edib ki, bu şərtləri yüngülləşdirmək lazımdır.

  • Azərbaycanda sahibkarlar üçün bank kreditlərinin vəziyyəti necədir?

“Maliyyə resursunda, istənilən resursun bazarda qiyməti olur. Kredit də belədir. Tələb və təklifə bağlıdır. Və kreditlər bu gün bu qiymətədir. Təbii ki, biz istəyərdik ki, bu qiymətlər aşağı olsun. Dövlət də bu istiqamətdə işlər görür”.

Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı alim Emin Qəribli danışıb. Onun sözlərinə görə, bütün inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər yetirsək, görərik ki, bank kreditləri yüksəkdir. Çünki bazarda tələb çox, təklif isə kifayət qədər deyil.

Emin Qəribli

“Bu gün müasir bizneslər, biznes inkubatorları var ki, biznes sahələrinə müvafiq güzəştlər və preferensiyalar verilir. Bundan istifadə etmək mümkündür. Yəni dövlətin xüsusi fondları var ki, ayrı-ayrı strateji bines sahələrinə kreditlər ayırır. Bu siyahı get-gedə artır. Bu gün rəqabət qabiliyətinin artırılması, yeni məhsulların istehsal edilməsi üçün istehsalçılar müvafiq kreditlər əldə etməlidirlər. Bunun üçün də dövlətin xüsusi proqramları var ki, sahibkarlar onu əldə edə bilərlər” - deyə alim bildirib. Onun sözlərinə görə, digər sahibkarlar, ticarətlə məşğul olanlar, Çindən məhsul gətirənlər, və s. bu kimi sahibkarlara təbii ki, güzəştli kreditlər hələ ki, yoxdur.

“Heç bir dövlətdə bu sahəyə güzəşt verilmir. Bu, bazarda tələb-təklif prinsipi əsasında formalaşır. Bu gün Azərbaycanda bank kreditləri real iqtisadiyyata deyil, daha çox istehlak məhsullarına yönəlib, bu da bank sahəsinin böyük problemidir. Real iqtisadiyyata yönəlmək prosesi çətindir. Bunun üçün müvafiq institutlar formalaşır. Dövlət tərəfindən proqramlar qəbul edilir ki, bank kreditləri real iqtisadiyyata yönəlsin” - deyə ekspert bildirib.

İqtisadçı alim hesab edir ki, kredit faizlərinin aşağı düşməsi zamanla olacaq bir prosesdir.

“Türkiyənin özündə istisna hal Rəcəb Tayib Ərdoğan dövründə çözülməyə başladı. Baxmayaraq Türkiyənin kifayət qədər böyük tarixi var. Bu problem son 10-15 ildə həll edilməyə, kredit faizləri enməyə başladı. Bundan əvvəl isə, kredit faizləri bazarla formalaşırdı”,- deyən ekspert hesab edir ki, Türkiyədə kreditərin ucuz olması səbəbilə böyük problemlər yaranır. Devalvasiya, Türkiyənin borclanma problemləri və s. Və bu problemləri həll etmək asan deyil.

“Utopik olaraq demək olar ki, kreditlərin faizi azalsın, amma bu öz-özünə baş verən bir proses deyil. Burada  müvafiq qanunuyğunluq var ki, ona uyğun formalaşır”,- deyə iqtisadçı vurğulayıb.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »