Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xarici media nümayəndələri Atəşgah və Yanardağda oldular
Xarici media nümayəndələri Atəşgah və Yanardağda oldular

2022 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində yarışların işıqlandırması üçün ölkəmizə səfər edən media nümayəndələri Yanardağ və Atəşgah məbədində oldular.

Məşhur İpək Yolu üzərində salınan və ən erkən tikilisinin 1713-cü ilə aid olduğu “Atəşgah məbədi”nin zamanında zəvvar və atəşpərəstlərin müqəddəs məkanı olduğu və alovun hündürlüyünün 10-15 metrə qədər çatan Yanardağın 2007-ci ildən bəri qorunan tarixi abidələrimiz sırasında yer alması barədə jurnalistlər məlumatlandırılıb. Həmçinin, qoruğun tərkibində Yanardağ – əbədiyaşar alov təbii abidəsi ilə yanaşı, digər maddi-mədəni irs nümunələri və təbiət abidələri ilə tanış olan xarici media nümayəndələri, müalicəvi kükürdlü su bulaqları, hələ də aktiv fəaliyyətdə olan Qırməki palçıq vulkanı, Əlidaşı piri, Kardaşı iri təbii qaya daşları, Qırməki vadisi, qədim kurqan abidələri qonaqlarda xüsusi maraq yaradıb.

Ateshgah

Qeyd edək ki, 10-12 iyun tarixlərində, 2022 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində ölkəmizə 60-dan çox xarici media nümayəndələri gəlib. Paytaxtımızda olduqları müddətdə onlara həm şəhərimizin tarixi barədə ətraflı məlumat verilməklə yanaşı, müxtəlif məkanlara da səfərləri təşkil olunub.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »