Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda Çernobıl əlilləri hansı güzəştlərdən istifadə edir?
Azərbaycanda Çernobıl əlilləri hansı güzəştlərdən istifadə edir?

36 il əvvəl, yəni 1986-cı ildə Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında qəza baş verdi. Qəzanın nəticələrinin aradan qaldırılması üçün çox sayda azərbaycanlı da Çernobıla göndərildi. Və bu dəhşətli qəzanın nəticələri, qəzanın nəticələrini aradan qaldırmağa gedən insanların sözün əsl mənasında kabusuna çevrildi. Güclü radiyasiya, şüalanma, onların həyatını alt-üts etdi.

Bu gün Prezident İlham Əliyev Çernobıl əlillərinə xüsusi qayğı ilə yanaşır. Belə ki, bu gün Azərbaycanda Çernobıl əlillərindən 2500 nəfər, "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar”, 3000 nəfər isə, "Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” əlilliyi olanlar kimi iki qrup bölünüblər. Prezidentin 25 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən, müharibə əlilləri və şəhid ailələri ilə bərabər, uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl əlillərinin də 2021–2025-ci illərdə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycanda Çernobıl hadisələri zamanı hərbi xidmətlə bağlı əlilliyi olan şəxslər I qrup üçün 400, II qrup üçün 350, III qrup üçün isə 300 manat aylıq təqaüd alırlar. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar I dərəcə əlilliyi olan şəxslər isə 1300manat təqaüd alır. Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına aylıq sosial müavinət verilir. Bununla yanaşı Çernobıl AES qəzası ilə əlaqədar əlilliyi olan şəxslər hər il birdəfəlik müavinətlə də təmin olunur. Onların tibbi-sosial reabilitasiyası, sosial-məişət problemlərinin həlli, onların sanatoriya-kurort müəssisələrinə yollayışla təminatı və s. də həyata keçirilir.

Xatırladaq ki, 36 il əvvəl Pripyat şəhəri yaxınlığındakı Çernobıl Atom Elektrik Stansiyasının dördüncü reaktorunda baş verən partlayış 1945-ci ildə Xirosimaya atılan atom bombasından 50 dəfə çox radiasiya buraxdı. Partlayışdan sonra radioaktiv maddə ilə dolu buludlar bir çox ölkəyə təsir edib.

Bəzi müstəqil araşdırmalara görə, Çernobıl nüvə fəlakəti birbaşa və ya dolayısı ilə təxminən 200.000 insanın ölümünə səbəb olub. Fəlakətin təsirindən yüz minlərlə uşaq şikəst doğulub. Çernobıl faciəsi ilə əlaqədar xərçəng hadisələrinin çox sürətli və anormal artımı müşahidə olunur. Alimlər, Çernobıl nüvə fəlakətinin nəticələrinin nəsillər boyu davam edəcəyini bildirirlər.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »