Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türkiyəyə qarşı planlaşdırılan addımların atılmasına başlanılıb"
"Türkiyəyə qarşı planlaşdırılan addımların atılmasına başlanılıb"

"Son günlər Yunanıstanla Türkiyə arasında münasibətlərin gərginləşməsi, diplomatik ritorikada ciddi konfrantasiyaya meylli fikirlərin səslənməsi, həm Yunanıstan siyasi rəhbərliyi, həm də Müdafiə Nazirliyi səviyyəsində diplomatik etiket çərçivələrinə uyğun olmayan mehriban qonşuluq siyasətinə və beynəlxalq hüququn əsas prinsiplərinə ziddiyyət təşkil edən açıqlamalaırn verilməsi, onu göstərir ki, Qərb dairələri tərəfindən Türkiyəyə qarşı planlaşdırılan addımların atılmasına start verilməyə başlanılıb".

Bu barədə Bizimyol.info xəbər portalına tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev danışıb. O, qeyd edib ki, 2021-ci ilin mart ayında ABŞ-ın müvəqqəti dövr üçün yeni təhlükəsizlik konsepsiyası haqda sənəd qəbul edərkən, əsas rəqib və hədəf kimi Türkiyə, Çin və Rusiya göstərilmişdi. Açıq şəkildə bəyan edilirdi ki, rəqiblərə qarşı müttəfiq ölkələrin imkanlarından istifadə etməklə mübarizə aparıb, onların imkanlarını məhdudlaşdırmaq lazımdır. Eyni zamanda açıq şəkildə qeyd olunmasa da, dolayı yolla və üstüörtülü şəkildə növbəti hədəflərdən birinin də Türkiyə ola biləcəyi ilə bağlı eyhamlar sənəddə öz əksini tapırdı.

Anar Əliyev Anar Əliyev, Tarix üzrə fəlsəfə doktoru, politoloq

“Biz bunu zamanında da qeyd etmişdik. Xüsusilə də, 2021-ci ilin sonu 2022-ci ilin əvvəllərində Ukrayna üzərindən Rusiyaya qarşı təzyiqlər kampaniyası başlayanda və onu təxribatlara, müharibəyə çəkməyə istiqamətlənmiş proseslərə start veriləndə də bəyan etdiyimiz kimi Rusiya sıradan çıxarıldıqdan, Rusiya hərbi potensialı məhv edildikdən sonra əsas hədəflərdən biri də, xüsusilə Rusiya-Ukrayna müharibəsində münasibətdə kollektiv Qərbin yanında yer almayan Türkiyənin cəzalandırılacağını bəyan etmişdik. Təəssüf ki, baş verən proseslər bu siyasətin, bu strategiyanın işə salınması ilə bağlı fikirlər səsləndirməyə imkan verir. Əslində son dövrlər baş verən addımlar adaların həm Lozan, həm Paris razılaşmalarına əsasən demilitirizasiya həyata keçirilməli olan və heç bir halda silahlandırması, hərbi bazara yerləşdirilməsinə icazə verilməyən adaların silahlandırılması Yunanıstanın gücü və iradəsi daxilində deyil”,- deyə politoloq vurğulayıb. Onun sözlərinə görə, bu Türkiyə qarşısında kifayət qədər həm iqtisadi, həm siyasi, həm hərbi, həm psixoloji, həm insan ehtiyatları baxımından zəif olan Yunanıstanın Türkiyəyə güc nümayiş etdirə biləcək bir proses kimi qiymətləndirilə bilməz. Bu, əslində Yunanıstan üzərindən Amerika və onun bir sıra Türkiyə əleyhinə olan müttəfiqlərinin Türkiyəyə qarşı addımları kimi qiymətləndirilməlidir.

“Bildiyiniz kimi bu gün artıq Yunanıstan ərazisində Amerikanın 9 hərbi bazası mövcuddur. Hansı ki, əvvəldən də qeyd olunurdu ki, xüsusilə adalarda təlimlər üçün gətirilən hərbçilər və hərbi texnikalar qısa müddət ərzində bu əraziləri tərk etməli idi və təlimlər üçün gəldiyi bildirilmişdi. Sonradan Amerika hər zamankı kimi növbəti ikiüzlülüyünü, növbəti yalanını, növbəti riyakarlığını nümayiş etdirərək, həmin qüvvələri və hərbi texnikanı ərazidən çıxartmadı və bunu Türkiyə deyil, Rusiya qarşı hərbi baza kimi qiymətləndirməyə çalışdı. Təbii ki, Türkiyə, kifayət qədər adekvat və prosesləri düzgün təhlil etməyi bacaran bir tərəf olaraq, haqlı olaraq bir sual ünvanladı ki, “bu hərbi bazalar Rusiyaya qarşı idisə, Yunanıstanda deyil, Rusiyaya daha yaxın ərazilərdə Macarıstan, Polşa, Rumıniya və digər ərazilərdə yerləşdirilməsi daha məntiqə uyğun idi, nəinki Yunanıstanda yerləşdirilməsi”...”,- deyə Anar Əliyev əlavə edib.

Politoloq hesab edir ki, Türkiyə tərəfinin də qeyd etdiyi kimi, bu hərbi birləşmələrin və adaların hərbiləşdirməsinin Rusiyaya qətiyyən adiyyatı yoxdur. Bu məsələ, Türkiyənin artan regional nüfuzunun və beynəlxalq aləmdəki qazandığı son illər etibarlə tərəfdaş, ədalətli mövqe nümayiş etdirən, ədalətli dövlət imicinə vurmaq istədikləri cidid zərbənin bir göstəricisi, bir əlamətidir.

Politoloqun fikrincə, qısa müddət ərzində Ukrayna prosesləri özünün məntiqi yekununa yaxınlşadıqca, yəni Ukraynanın kiçik dövlətlərə bölünməsi başladıqda və ərazilərin bir hissəsinin şərq hissəsinin Rusiya, qərb hissəsinin Polşaya verilməsi proseslərinə başladıqdan sonra əsas hədəf kimi məhz Türkiyə seçiləcək və Türkiyəyə qarşı ciddi addımlar atılacaq.

Əslində Türkiyəyə qarşı, Amerika müttəfiq adlandırdığı, NATO-da birgə fəaliyyət göstərdiyi qarşı Amerikanın əks siyasəti, əks mövqeyi yaxın aylara aid deyil, illərdir, xüsusilə 2016-cı ildə Türkiyədə hərbi çevrilişə cəhd edildikdən və bu çevriliş cəhdi baş tutmadıqdan sonra Türkiyəyə qarşı atılan bir çox ciddi addımlar, tətbiq edilən sanksiyalar,o sanksiyaların mahiyyəti, əsas kimi göstərilən bəhanələr onu deməyə əsas verir ki, burada hədəf Türkiyənin müstəqil xarici siyasəti, Amerika və onun müttəfiqlərinin maraqlarına boyun əyməməsi, eyni zamanda kifayət qədər sürətlə inkişaf edən Türkiyənin nüfuzunun zədələnməsi zərbə alması ilə bağlıdır.

“Buna görə də bu gün Yunanıstan tərəfindən atılan adıdmların və adaların yenidən uzun illərdən sonra silahlandırılması prosesi beynəlxalq hüququn prinsiplərinə, Türkiyə və Yunanıstan arasındakı bir çox razılaşmalara, eləcə də, Lozan və Paris razılaşmalarına ziddiyyət təşkil etməklə yanaşı, həm də bölgənin növbəti münaqişə ocağına çevrilmə məqsədi daşıyır”,- deyə Anar Əliyev bildirib. O, hesab edir ki, bu, Qərb imperiliazminin ən bariz və ən açıq nümunələrindən birinə çevriləcək. Bu, Amerikanın ikiüzlü, riyakar siyasət apardığını, mövcud Amerika rejiminin, Bayden hakimiyyətinin demokratik dəyərlər pərdəsi altında gizlənərək, özünün imperialist maraqlarını təmin etmək üçün bütün variantlara əl ata biləcək tərəf olduğunu bir daha nümayiş etdirmiş olur.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »