Bir müddət əvvəl Rusiya Xarici İşlər Naziri Sergey Lavrov çıxışında Azərbaycanın Fərrux kəndi haqqında danışmış və bu ifadələri dilə gətirmişdi: “Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası prosesinin başlanması çərçivəsində Qarabağın Fərrux kəndi ilə bağlı məsələnin həlli də müzakirə olunacaq. Rusiya ordusu Fərrux kəndi ilə bağlı məsələni öz prioritetlərindən biri olaraq saxlayır. Bu vəziyyətin deeskalasiyası baxımından artıq müəyyən nəticələr var. Biz belə başa düşürük ki, başlanan substantiv delimitasiya işlərinin bir hissəsi kimi bu məsələlərə mütləq baxılacaq və həll olunacaq”. Onun bu fikri birmənalı qarşılanmadı. Sonradan onun bu çıxşına XİN-in saytında düzəliş etdilər.
- Lavrov bu fikri qəsdən səsləndiribmi?
“Ümumiyyətlə, Sergey Lavrovun həmin çıxışında qeyd etdiyi məsələ, yəni, sərhədlərin demorkasiya və delimityasiyası məsələsinə toxunma kimi Fərrux nümunəsini gətirməsi düzgün yanaşma deyil. Bunu artıq biz Kreml tərəfinin də etiraf etdiyini görürük. Sərhədlərin demarkasiya və delimitasiya prossesi hazırda Ermənistan və Azərbaycan arasında aparılan bir prosesdir və Rusiya, eyni zamanda Brüsselin buradakı iştirakı tamamilə konstuktiv olmalıdır”.
Bu barəəd Bzimyol.info xəbər portalına açıqlamasında politoloq Turan Rzayev danışıb. O, qeyd edib ki,heç bir prossesə maneçilik törədəcək istər şifahi istərsədə əyani davranışlar olmamalıdır.

“Fərrux nümunəsi burada iki şeyi ortaya çıxarır. Birincisi, Sergey Lavrovun prossesləri hər nə qədər bilsə də, onun coğrafi incəlikləri bilmədiyindən xəbər verir, çünki, Fərrux adlı ərazi Ermənistan dövləti sərhədində deyil, məhz Qarabağ ərazisindədir. Görünür, Lavrov bu məsələni bilməyərəkdən bunu belə deyibdir. Bəlkə də, qəsdən deyib. Mən hesab edirəm ki, müəyyən yaşın da gətirdiyi öhdəliklərdən o, bu məsələdə bir yanlışlıq edib. Dərhal Rusiya xarici işlər nazirliyinin rəsmi saytında məsələnin düzəldilməsi ondan xəbər verir ki, həqiqətən də Lavrov bu məsələdə bir qədərdə yaşının ona gətirdiyi, yaşındanda iləri gələrək xəta edibdir və Kreml də bunu artıq düzəldibdir”.- deyən politoloq bildirir ki, Fərrux adlanan yüksəklik xüsusi ilə Ağdam ərazisinin izlənilməsi baxımından olduqca vacibdir.
Politoloqun fikrincə, bərpa prosesi istiqamətində kifayət qədər, işlər görülür. Xüsusi ilə Füzuli və Ağdamın bərpası istiqamətində bu gün işlər görülməkdədir. Bu gün həm Füzuli aeroportnun istifadəyə verilməsi həm Ağdamda yüz min nəfərlik yeni yaşayış məskəninin salınması lahiyələrinin icrasinin baxımından Fərrux yüksəkliyinin əhəmiyyəti vacib idi.
“Digər tərəfdən ermənilər daha doğrusu Qarabağda müvəqqəti olaraq yerləşdirilən sülhməramlıların xidmət göstərdiyi ərazilərdə terorçu rejimə bağlı qüvvələr, təəssüf ki, hələ də qalır. Bunu Rusiya tərəfi bəyanata görə ləğv etməli idi. Amma biz bunun hələ də qaldığını görürük. Yəni, onlar Fərrux yüksəkliyində postlar qurmağa cəhd etdilər və 30 nəfərə yaxın kontingent yerləşdirmək istəyirdilər. Azərbaycan tərəfi isə bu istiqamətdə xəbərdarlıq etmişdi. Daha sonra atəşkəsin pozulması halı baş verdi və Azərbaycan həmin o tör-töküntüləri Fərrux dağından tamamilə uzaqlaşdırdı. Burada postların qurulması məsələsi gündəmə gəldi. Bu gündə həmin ərazi Azərbaycan nəzarətindədir. Fərrux dağı strateji bir nöqtədir” - deyə Turan Rzayev bildirib. Onun sözlərinə görə, burdan həm Xankəndi istiqamətində hərəkəti izləmək mümkündür. Digər tərəfdən işğaldan azad edilən ərazilərin bərpası istiqamətində hündürlük üstünlüyü əldə etmək mümkündür. Yəni, Ağdamın və Füzulinin bərpası istiqamətində görüləcək işlərin təhlükəsizlik bağımından Fərrux yüksəkliyi strateji bir önəmə malikdir.
“Rəsmi Bakıda buna görə eyni zamanda, erməni təxribatının qarşısını almaq üçün daha adekvat bir addım atmalı idi. Bu da Fərrux dağının bütövlükdə ələ keçirilməsi oldu. Bu mənada düşünürəm ki, bu gediş o dövr üçün çox önəmlidir. Və yerində bir qərar idi. Rusiya tərəfinin Lavrovun çıxışında məsələyə toxunması böyük ehtimalla onun şəxsi səhvidir. Yaşından irəli gələn bir səhvdir. Kifayət qədər yaşı var artıq onun da. Yəni, bu tip səhvlərin edilməsi mümkündür. Biz dəfələrlə görmüşük. ABŞ prezidenti Co Bayden də yaşı çoxdur və bu tip xətalar edir. Demirəm ki, Lavrov haqlıdır. Xeyr. Təbii ki, Lavrov region üçün və dünya siyasətində önəmli fiqurlardandır. Xarici işlər naziri olması baxmayaraq, onun etdiyi bu səhv prossesin seyrində belə müəyyən, negativ halların yaranmasına gətirib çıxara bilər. Bu mənada Lavrov kimi bir şəxsin səhv etməsi doğru deyil amma bütövlükdə bunu səhv olaraq qiymətləndirirəm” - deyə ekspert bildirib.
İlahin, Bizimyol.info