Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın Azərbaycana qarşı "müttəfiqlik xəyanətləri" niyə artıb...
Rusiyanın Azərbaycana qarşı "müttəfiqlik xəyanətləri" niyə artıb...

Son zamanlar Azərbaycan ilə sözdə müttəfiq olan Rusiya tərəfinin davranışlarında qeyri-səmimilik hiss edilir. Əvvəlcə Rusiya dövlət agentliyi "RİA Novosti"-də özünü Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma naziri kimi təqdim edən separatçı Artak Beqlaryanın müsahibəsini dərc edildi. Agentliyin təxribatçı addımı Azərbaycanda haqlı olaraq etiraz doğurdu. Rəsmi Bakı “RİA Novosti”də ölkəmiz əleyhinə müsahibənin yayımlanmasını Azərbaycan və Rusiya arasında Müttəfiq Əməkdaşlıq haqqında Bəyannamənin müddəalarının kobud şəkildə pozulması kimi qiymətləndirərək agentliyin Azərbaycanda yayımı blokladı. Bir neçə gün öncə isə, Lavrovun Xocalı rayonunun Fərrux kəndi ilə əlaqəli vəziyyətin Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası kontekstində nəzərdən keçiriləcəyinə dair fikirləri birmənalı qarşılanmadı.

“Rusiyanın rəsmi dövlət Agentliyi RİA Novosti-nin separatçı, terrorçu Beqleryandan “müsahibəsi” də etirazlardan sonra saytdan götürülüb. İstənilən halda ötən ilin sonunda Azərbaycan və Rusiya arasında imzalanmış müttəfiqlik sazişindən sonra Rusiya tərəfindən bu təxribatların həyata keçirilməsi arzuolunan deyil. Azərbaycan Rusiya ilə səmimi və mehriban qonşuluq siyasətinə daim önəm verib. Azərbaycan Rusiya əleyhinə beynəlxalq aləmdə başlayan siyasi hərəkətlənmələrdə heç vaxt iştirak etməyib. Ermənistandan fərqli olaraq heç bir zaman ikixətli oyun oynamayıb. Hər zaman dürüst, səmimi siyasi kurs həyata keçirilib”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Tural İsmayılov danışıb. Onun sözlərinə görə, Rusiya bu məsələni dəyərləndirməli və Rusiya hərbi elitasının Azərbaycanla bağlı açıqlamaları veriləndə daha ehtiyatlı olmalıdır.

Tural İsmayılov Tural İsmayılov

Ekspert həmçinin Lavrovun açıqlaması ilə bağlı da fikir bildirib. Onun sözlərinə görə, Fərrux kəndinin Azərbaycan üçün böyük əhəmiyyəti var.

“Nəzərə almaq lazımdır ki, bu kənd kifayət qədər geostrateji üstünlükləri olan bir mövqedir. Eyni zamanda Fərrux kəndi Qarabağın öz strateji yerləşmə nötqəsinə görə, bir çox nöqtəyə nəzarət baxımından da müstəsna əhəmiyyətə malik olan kəndlərindəndir. Fərrux kəndi ilə bağlı Ermənistanın uzun müddətdir ki, manipulyasiya aparması Azərbaycan və Ermənistan arasında reallaşan sülh danışıqlarının ruhuna tamamilə ziddir”,- deyə politoloq bildirib.

Onun sözlərinə görə, beynəlxalq hüquq tərəfindən tanınmış müstəqil və suveren Azərbaycanın ərazi vahididir. Ermənistanın və hansısa bir dövlətin Azərbaycanın daxili əraziləri ilə bağlı hansısa bir mövqe qoymaq və ya fikir bildirmək ixtiyarı və hüququ mövcud deyil. Bu, məsələnin birmənalı və təkzib edilməyən tərəfidir.

“Nəzərə almaq lazımdır ki, Rusiya Xarici İşlər Nazirinin Fərruxla bağlı açıqlaması Azərbaycan Xarici İşlər Nazirliyinin Notasından sonra Rusiya Xarici İşlər Nazirliyinin saytında redaktə edilməsi təqdiredilən bir hadisədir”,- deyə politoloq əlavə edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »