Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropada iqtisadi tənəzzül başlayıb: Gəlirlər azalır, bahalaşma sürətlənir
Avropada iqtisadi tənəzzül başlayıb: Gəlirlər azalır, bahalaşma sürətlənir

Yaxın aylarda Avropa iqtisadiyyatı ciddi problemlərlə üzləşəcək. “Financial Times” yazır ki, anti-Rusiya sanksiyaları fonunda Aİ tənəzzüllə üz-üzədir. Məqalədə qeyd edilir ki, Avropa inflyasiyanı kəskinləşdirməmək üçün təcili tədbirlər görməlidir. “Avrozona bu il böyük tənəzzül təhlükəsi ilə üzləşəcək. Eyni zamanda, Avropa Mərkəzi Bankı avrozona iqtisadiyyatına monetar dəstəyi dayandırmalı və faiz dərəcələrini artırmalıdır”,- məqalədə deyilir.

Mütəxəssislər, may ayında inflyasiya olduğunu xatırladırlar. Ekspertlər qeyd edir ki, mayda avrozonada inflyasiya 8,1 faizə yüksəlib, lakin ölkələr qənaət etmək əvəzinə külli miqdarda pul xərcləməyə davam etməyi planlaşdırırlar. Beləliklə, bunun üçün artıq bərpa fondu aktivləşdirilib.

"Financial Times"-a görə, bir çox karantin məhdudiyyətlərinin götürülməsi səbəbindən qarşıdakı rüblərdə tələbin artacağı gözlənilir, lakin enerji qiymətlərinin yüksək olması səbəbindən istehlakçılara təzyiq atmosferi yaranacaq. Məqalədə bildirilir ki, anti-Rusiya sanksiyaları və Rusiya neftindən qismən imtina fonunda Aİ-də mal və xidmətlərin bahalaşması müşahidə ediləcək.

“Növbəti aylar Avropa iqtisadiyyatları üçün acınacaqlı olacaq. Gəlirlər azalacaq, tənəzzülün baş vermə ehtimalı var və faiz dərəcələri yüksəlməli olacaq, bu da ev təsərrüfatlarına və ailələrə daha çox təzyiq göstərəcək”,- “Financial Times” Avropanın çətin dövrlərə hazırlaşmalı olduğunu qeyd edir.

“Rusiya ilə Qərb arasında sanksiya oyunu hər iki tərəfə zərər vurur. Bundan bütövlükdə qlobal iqtisadiyyat əziyyət çəkir. Bu səbəbdən də istər Rusiyanın atdığı addımların, istərsə də Avropa ilə Amerikanın indiyə qədər atdıqları və atmaq istədikləri addımlar, dünya iqtisadiyyatına ziyandan başqa heç nə gətirməyib və gətirməyəcəkdir”.

Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Pərviz Heydərov danışıb. O, qeyd edib ki, hazırda xammal resurslarının qiyməti çox yüksəkdir. Neftin qiyməti 120 dollardan yuxarıdır və bunun nəticəsində hər yerdə, bütün dünyada inflaysiya mövcuddur, qiymətlər oduqca yüksək səviyyədədir. Bahalaşma prosesi dayanmadan inkişaf edir.

Pərviz Heydərov Pərviz Heydərov

İqtisadçı bildirir ki, ona görə də qarşılıqlı sanksiyalar oyunu nə qədər davam edəcəksə, o, qlobal iqtisadiyyat üçün bütün əlaqələlərin qırılmasına, istehsalın getdikcə daha çox zəifləməsinə, qiymətlərin bahalaşmasına, inflyasiyanın daha güclü şəkildə alovlanmasına gətirib çıxaracaq.

“ Və hətta proses uzunmüddətli xarakter daşıyarsa, bu qarşıda dünya ölkələri üçün ərzaq böhranı kimi çox təhlükəli bir vəziyyətə gətirib çıxaracaq”,- deyə Pərviz Heydərov bildirib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »