Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Fərrux Edillidən sonra iddialarımızı təsdiqləyən ikinci kənddir"
"Fərrux Edillidən sonra iddialarımızı təsdiqləyən ikinci kənddir"

Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000 nəfərdən çox insanın taleyi sual altındadır. Onların öldürülüb kütləvi şəkildə basdırılması və ya əsirlikdə saxlanılması istisna edilmir. Hələ bir neçə ay öncə Xocalının Fərrux kəndində aşkarlanan kütləvi məzarlıq sübut edir ki, ermənilər azərbaycanlıları qəddarcasına öldürərək, kütləvi şəkildə basdırıblar. Bu kimi kütləvi məzarların yenə də aşkar ediləcəyi istisna edilmir. Amma bunun üçün əvvəlcə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənmə prosesi həyata keçirilməldir.

Kütləvi məzarlıqlar erməni vəhşiliyinin dünyaya əyani sübutudur. İşğaldan azad olunmuş ərazilərdə artıq neçənci dəfədir ki, kütləvi məzarlıq aşkarlanır. Məzarlıqların xeyli hissəsi elə Xocalı ərazisindədir. Qeyd edək ki, əhali Xocalıdan çıxan zaman Fərrux istiqamətində getməmişdi. Ancaq Fərrux kəndi istiqamətində 1992-1993-cü illərdə bir neçə dəfə hərbi əməliyyatlar olub. Bu isə o deməkdir ki, həmin kütləvi məzarlıqlarda hərbçilərimiz dəfn edilmişdir.

Həmin dövrlərdə ermənilər əsir götürdükləri azərbaycanlıları işlədir, onlar vəfat etdiyi zaman isə, dilə gətirilməyəcək şəkildə dəfn ediblər.

Qeyd edək ki, Xocavəndin Edilli kəndində də kütləvi məzarlıq aşkarlanmışdı. Bununla yanaşı Kəlbəcərin Başlıbel kəndində kütləvi məzarlıq aşkarlanmışdı.

Turan Rzayev Turan Rzayev

Politoloq Turan Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Xocalının Fərrux kəndində və Xocavəndin Edilli kəndində kütləvi məzarlıqlar aşkar edilib: “Biz dəfələrlə müharibədən öncə də beynəlxalq qurumlara müraciət edib demişdik ki, kütləvi qəbristanlıqlar var. Yəni, sivil vətəndaşların və hərbçilərin öldürülərək kütləvi şəkildə çuxurlara doldurulması ya da ki, cəsədlərin atılması kimi kütləvi qəbiristanlıqlar işğaldan azad edilmiş ərazilərdə var. Sadəcə, həmin ərazilər minalardan təmizləndikdən sonra bu ərazilərdə biz bu kütləvi qəbiristanlıqları müəyyən edə bilirik. Hesab edirəm ki, Fərrux bu mənada bizim bu iddialarımızı Edilli kəndindən sonra təsdiqləyən ikinci faktdır”.

Politoloqun sözlərinə görə, Edilli kəndi və Fərruxda aşkar edilən kütləvi məzarlıqlar Ermənistanın faşist və vandal siyəsətinin təcəssümüdür. Əslində onların dünyaya göstərdikləri “məzlum erməni” obrazının da iflası baxımından önəmlidir. Həm strateji baxımdan, həm kütləvi məzarlıqların aşkar edilməsi baxımından, erməni vandalizminin dünyaya təqdim edilməsi baxımından, Fərrux kəndi və yüksəkliyi əhəmiyətlidir.

“Rəsmi Bakının bu istiqamətdə atdığı addımlar bütövlükdə doğrudur” - deyə ekspert bildirib.

P.S. Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Fərrux kəndi ilə bağlı açıqlaması bəlkə də təsadüf, səhv və ya xəta deyil. Kim bilir?

Türkan, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »