Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli Marketinq Forumunun ilk günü yekunlaşıb
Milli Marketinq Forumunun ilk günü yekunlaşıb

Azərbaycanın yeganə rəsmi lotereya təşkilatçısı və qanuni idman mərc oyunları operatoru Azerlotereyanın baş sponsorluğu, 2010-cu ildən Türkiyənin ən gənc və uğurlu tədqiqat şirkətlərindən biri olan “Future Bright İnternational” MMC-nin sponsorluğu, ölkənin sevilən enerji içkilərindən olan “Bizon”, SMG şirkətinin və 2003-cü ildən fəaliyyət göstərən “Başkent” restoran və şirniyyat evi şəbəkəsinin dəstəyi ilə bu il VIII dəfə təşkil olunan Milli Marketinq Forumunun ilk günü uğurla başa çatıb.

Bizimyol.info xəbər portalının media tərəfdaşı olduğu Milli Marketinq Forumu, Azərbaycan Dövlət Respublikasının Dövlət Himnini ilə başlayıb. Ardınca Milli Marketinq Forumunun təşkilatçı komanda üzvü Rafiq Hunaltay açılış nitqi ilə çıxış edərək tədbiri açıq elan edib.

Milli Marketinq Forumu

Tədbirin ilk günü “Milli Keyslər”, “Data və İstehlakçı davranışı”, “Media və Reklam” panellərinə həsr olunub. “Milli keyslər” paneli "Sağlam Ailə" klinikasının icraçı direktoru Nigar Rüstəmlinin moderatorluğu ilə baş tutub. Panel çərçivəsində “Ballı Bisi” şirniyyat evinin təsisçisi Esmira Avilova, Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının Üzvü, "Oba" Marketlər Şəbəkəsinin İdarə Heyətinin Sədri Vüsal Şərifov və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə Heyətinin sədri, İnsan Təhlükəsizliyi üçün Qlobal Sülh Şurasının Həmtəsisçisi və Prezidenti Vasif Eyvazzadə öz təcrübələrini paylaşıblar. Panel zamanı Milli brendləşmənin meyarları və əhəmiyyəti vurğulanıb.

“Future Bright” şirkətinin Azərbaycan üzrə ölkə direktoru Könül Əliyevanın moderatorluğu ilə “Data və İstehlakçı davranışı” panelində Bilgi Universitetinin istehlakçı davranışı üzrə təlimçisi Akan Abdula və və Kapital Bankın Marketinq Ekspert Mərkəzinin lideri Günel Mavliyarova spiker qismində çıxış ediblər.

Sonuncu panel olan “Media və Reklam” paneli Marketinq Peşəkarları Birliyi, Brendinq və Kommunikasiya üzrə müstəqil məsləhətçi Elnur Nurəlinin moderatorluğu ilə baş tutub. ADRA Strafteji İnkişaf və Kommunikasiya şöbəsinin müdiri Elçin Mahir, "Azad Azərbaycan" televiziyasının İcraçı direktoru İsmayıl Həsənov, “Starcom” şirkətinin direktoru Ziya Yusifov və Vostok TV-nin vitse-prezidenti, eyni zamanda Beylimedia şirkətinin təsisçisi Şəhriyar İmanbəyli ölkəmizdə media və reklamın rolundan, Azərbaycanda reklam dünyasının hazırki vəziyyəti ilə bağlı fikirlərini bölüşüblər.

Milli Marketinq Forumu

Panellər tamamlandıqdan sonra iştirakçıların ünvanladığı suallar spikerlər tərəfindən cavablandırılıb.

Milli Marketinq Forumu

Qeyd edək ki, Milli Marketinq Forumu bu gün II günü ilə davam edir.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »