Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli Marketinq Forumunun ikinci günü yekunlaşıb
Milli Marketinq Forumunun ikinci günü yekunlaşıb

Azərbaycanın yeganə rəsmi lotereya təşkilatçısı və qanuni idman mərc oyunları operatoru Azerlotereyanın baş sponsorluğu, 2010-cu ildən Türkiyənin ən gənc və uğurlu tədqiqat şirkətlərindən biri olan “Future Bright İnternational” MMC-nin sponsorluğu, ölkənin sevilən enerji içkilərindən olan “Bizon”, SMG şirkətinin və 2003-cü ildən fəaliyyət göstərən “Başkent” restoran və şirniyyat evi şəbəkəsinin dəstəyi ilə bu il VIII dəfə təşkil olunan Milli Marketinq Forumunun ikinci günü uğurla başa çatıb.

Bizimyol.info xəbər portalının media tərəfdaşı olduğu Milli Marketinq Forumu-2022 tədbiri Azərbaycan Dövlət Respublikasının Dövlət Himni ilə başlayıb. Daha sonra Milli Marketinq Forumunun təşkilatçı komanda üzvü Elvin Cabay və Facemark MMC-nin direktoru Ayşən Allahverənova açılış nitqi ilə çıxış edərək tədbiri açıq elan edib.

Tədbirin ikinci günü “Ziddiyyətlərin debatı”, “Strateji kommunikasiya”, “Riteyl, satış və Ticari marketinq” və “Rəqəmsal Marketinq” panellərinə həsr olunub.

“Ziddiyyətlərin debatı” paneli DJ Fatehin moderatorluğu ilə “Söhbətgah” layihəsinin həmtəsisçiləri Tural Yusifov və Əli Xəyyam, rejissor İlham Qasımovun müzakirələri əsasında keçirilib. Panel zamanı iştirakçıların sualları spikerlər tərəfindən cavablandırılıb.

“Strateji kommunikasiya” paneli “Synergy Partnership” şirkətinin baş direktoru Rüfət Abbasovun moderatorluğu, “Azercell” Korporativ Kommunikasiya şöbəsinin rəhbəri Sona Abbasova və “Paşa Holdinq” Korporativ Kommunikasiya şöbəsinin rəhbəri Aytac Muxtarzadənin çıxışı ilə baş tutub.

Paneldən sonra Future Bright Group şirkətinin təsisçisi Akan Abdula solo çıxışını təqdim edib. Çıxış zamanı “Davranış Dəyişdirmə Üsulları” haqqında məlumat verilib.

“Riteyl, Satış və Ticari Marketinq” paneli “Blue Planet Distribution” şirkətinin Marketinq meneceri Nuranə İsgəndərovanın moderatorluğu ilə baş tutub. Paneldə “Veysəloğlu” MMC-nin CRM direktoru Fuad Məmmədov, “Army Group”un İdarə Heyətinin üzvü Kamal Mirzəyev və Azərsun Holdinqin Marketinq direktoru Derya Cantutan spiker qismində çıxış ediblər. Panel zamanı effektiv satış strategiyaları, satış və marketinq arasında olan əlaqələrdən bəhs edilib.

Sonuncu panel “Rəqəmsal Marketinq” mövzusuna həsr olunub. Panelin moderatorluğunu “ELSEO” MMC-nin təsisçisi Elşən Cəfərov edib. Spiker qismində isə “FCB ArtGroup” şirkətinin rəqəmsal kreativ direktoru Göktug Sarı öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. Panel zamanı rəqəmsal marketinqin müasir dünyada əhəmiyyəti vurğulanıb.

Tədbirdə rəsmi hissə hədiyyələrin təqdimolunma mərasimi ilə yekunlaşıb. Sonda forum iştirakçıları üçün party təşkil olunub

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »