Ukraynanın xarici işlər naziri Dmitri Kuleba cümə günü Rusiyayönlü qondarma "Donetsk Xalq Respublikası"nın (DXR) məhkəməsi tərəfindən muzdlu olmaqda günahlandırılan və edam cəzasına məhkum edilmiş üç əcnəbi hərbi əsirlə bağlı "yalan mühakimə" qərarını qəti şəkildə pisləyib.
Bizimyol.info xəbər verir ki, bu barədə CNN məlumat verib.
Bildirilir ki, "DXR" səlahiyyətliləri üç şəxsin - Britaniya vətəndaşları Aiden Aslin və Shaun Pinner və Mərakeş vətəndaşı Brahim Saadounenin aprel ayında Rusiya qüvvələri tərəfindən Ukraynanın Mariupol şəhərində əsir götürüldüyü əcnəbi döyüşçülər olduğunu bildirib.
Rusiya dövlət mediası bildirib ki, üç məhbusun edam edilməzdən əvvəl hökmündən apellyasiya şikayəti vermək üçün bir ay vaxtları var.
"Döyüşçülər olaraq onlar beynəlxalq humanitar hüquqla qorunur və buna uyğun davranılmalıdır", - deyə Kuleba cümə günü "Twitter" səhifəsində bildirib. O əlavə edib ki, Ukrayna onların azad edilməsini təmin etmək üçün Böyük Britaniya ilə işləməyə davam edəcək.
Ukraynanın baş prokuroru İrina Venediktova da cümə günü hərbçilərin acınacaqlı vəziyyətini şərh edərək deyib: "Bu insanlar döyüşçü statusuna malik hərbçilərdir. Onlar tamamilə qanuni olaraq müharibədə iştirak ediblər. Biz onlara döyüşçü deyirik. Cenevrə Konvensiyası tam olaraq onların hüquqlarını əhatə edir”.
Əsirlərin məhkəmənib "çox vəhşi, qaranlıq, qəbilə təfəkkürü göstərən mühakimə" adlandıran Venediktova: "mədəni insanlar bunu etməz", - deyə qeyd edib.
Venediktova deyib ki, o, üç nəfərin həyatını xilas etmək və onları təhlükəsiz Ukraynaya qaytarmaq üçün görülən işlər barədə məlumat verə bilməz. Lakin Ukrayna hökumətinin onların azad edilməsi üçün əlindən gələni etdiyini söyləyib.
Qadir, Bizimyol.info