Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəkidə leysan yağışları bir sıra fəsadlar törədib
Şəkidə leysan yağışları bir sıra fəsadlar törədib

Şəkidə leysan yağışları bir sıra fəsadlar törədib.

İyunun 10-u axşam saatlarında başlayaraq Şəki rayonu ərazisində küclü küləklə müşahidə olunan leysan yağıb. Leysan yağışları əsasən rayonun ucqar Baş Küncüt kəndi ərazisində fəsadlar yaradıb. Belə ki, dağlara yağan leysan yağışı kəndin ərazisindən axan Qara çayda daşqın əmələ gətirib. Nəticədə kənd daxili yolları yararsız hala düşüb, elektrik və qaz təsərrüfatına ziyan dəyib. Kəndin daxilində üç körpünü də sel-sular dağıdıb. Leysan yağışları sakinlərin içməli su xətlərini dağıtmaqla yanaşı fərdi təsərrüfatlarda xüsusən bostan-tərəvəz sahələri su altında qalıb.

Səhər saatlarından yerli qurumlar kənddə fəsadların aradan qaldırılmasına cəlb edilib. Rayon suvarma sistemləri və yol istismar idarələrinin texnikaları kəndə cəlb edilib. Kənddə elektrik enerjisinin və mavi yanacağın bərpası istiqamətində müvafiq qurumlar iş aparır.(apa)

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »