Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden: "Xəbərdarlıq etdik, amma Zelenski eşitmək istəmədi"
Bayden: "Xəbərdarlıq etdik, amma Zelenski eşitmək istəmədi"

ABŞ prezidenti Co Bayden deyib ki, ABŞ kəşfiyyatı Rusiyanın Ukraynanı işğal edəcəyi ilə bağlı vəziyyətin qaçılmaz təhlükə olması barədə xəbərdarlıq etməyə çalışıb: "Lakin Ukrayna prezidenti Vladimir Zelenski bu barədə eşitmək istəməyib".

Bizimyol.info xəbər verir ki, "Amerikanın Səsi"nin verdiyi məlumata görə, prezident Co Bayden bu barədə keçirilən tədbir zamanı deyib.

"İkinci Dünya Müharibəsindən bəri belə bir şey baş verməyib. Bilirəm, çoxları elə düşünürdü ki, bu xəbərdarlıqlar mənim vəziyyəti gərginləşdirmək iddiam ola bilərdi. Amma mən bunun həqiqət olduğunu bilirdim. Bizdə onun - Rusiya prezidenti Vladimir Putinin sərhəddən kənara çıxacağı, Ukrayna ərazisinə girəcəyi barədə dəqiq, təsdiqlənmiş məlumatlar var idi",- deyə Bayden qeyd edib.

Amerika liderinin sözlərinə görə, buna heç bir şübhə yox idi, lakin Vladimir Zelenski bunu eşitmək istəmədi və təkcə o yox, bir çox dövlət rəhbərləri də bizim xəbərdarlığımıza şübhə ilə yanaşaraq vəziyyətin ciddi olduğu barədə dediklərimizi eşitmək istəmədilər.

"Vəziyyət çox ağır olaraq qalır. Orada insanlar ölür, yaşayış məskənləri dağıdılır, ifrastruktur məhv edilir. Bu müharibə həm də təkcə Ukrayna dövlətinə deyil, bütün dünya iqtisadiyyatına ağır zərbə vurmaqda davam edir. İndi biz bunun qarşısını almağa çalışırıq",- deyə o qeyd edib.

Bundan əvvəl Zelenskiyə kəşfiyyat və digər yüksək rütbəli məmurlar bildiriblər ki, Rusiya Federasiyası Ukraynada işğal planınını həyata keçirmək üçün hazırlıqlara başlayıb. Lakin Kremlin “iddiası və cəsarət”i gözlənilməz olub.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilovun sözlərinə görə, Rusiyanın fevralın 24-də deyil, fevralın 22-də hücum edəcəyi gözlənilib, lakin "təhlükəsizlik baxımından" ukraynalılara dəqiq tarix barədə xəbərdarlıq etmək mümkün olmayıb.

Xatırladaq ki, müharibədən əvvəl Bayden dəfələrlə Rusiyanın Ukraynaya hücum edəcəyi barədə açıqlamalar vermişdi. Amma dünya ictimai rəyində belə bir fikir yaranmışdı ki, ABŞ Rusiyanı Ukraynaya hücuma təhrik etmək və orada zəiflətmək istəyir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »