Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"ABŞ-Rusiya düşmənçiliyi gündəlik həyatın bir hissəsinə çevrilib"
"ABŞ-Rusiya düşmənçiliyi gündəlik həyatın bir hissəsinə çevrilib"

"Vaşinqtonla Moskva arasında münasibətlər indi kritik həddə çatıb, ikitərəfli dialoq dalana dirənib".

Bizimyol.info xəbər verir ki, bunu TASS-a Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib.

“Rusiya qarşılıqlı hörmət və bərabərliyə əsaslanan diplomatik əməkdaşlığa açıqdır, xüsusən indiki dövrdə. Planetimiz bir çox problemlərlə üz-üzədir və bütün dünya ictimaiyyətinin əlaqələndirilmiş cavabını tələb edir”. - deyə o, qarşıdan gələn "Rusiya Günü" münasibətilə Rusiya diplomatik missiyasında keçirilən qəbulda bildirib. Rusiyalı səfir bu çağırışlar arasında diplomat terrorizm, kütləvi qırğın silahlarının yayılması, iqlim dəyişikliyi və ərzaq təhlükəsizliyinin adını çəkib.

İngilis dilində danışan Antonov: “Rusiya Federasiyası beynəlxalq hüquqa ciddi əməl edən dünya birliyinin nüfuzlu və məsuliyyətli üzvüdür”, - deyə vurğulayıb. “Xarici siyasətimizin prioritetləri bəllidir: sərhədləri təhlükəsiz saxlamaq və daxili inkişaf üçün əlverişli şərait yaratmaq. Rusiya həmişə bərabər və bölünməz təhlükəsizlik sisteminin tərəfdarı olub”, - deyə diplomat bildirib.

Eyni zamanda, onun sözlərinə görə, hazırda Vaşinqtonla Moskva arasında münasibətlər kritik həddə çatıb: "ABŞ-ın yaratdığı davamlı gərginləşən münasibətlərə görə ikitərəfli siyasi dialoq indi çıxılmaz vəziyyətə düşüb. Üstəlik, düşmənçilik gündəlik həyatın bir hissəsinə çevrilib",- deyə diplomat vurğulayıb.

Antonov əmin olduğunu bildirib ki, Rusiya və ABŞ arasında qarşılıqlı fəaliyyət dünyada təhlükəsizliyin təmin edilməsi baxımından əsas rol oynayan amil olmaqdadır: “Ölkələrimiz arasında dialoq bütün dünya birliyinin maraqlarına cavab verir", - deyə səfir bildirib.

Qadir, Bizimyol.info

P.S: Görünür, Antonov dünyanın hələ tanımadığı hanslısa başqa bir Rusiya barədə danışıb. Səfirin: "beynəlxalq hüquqa ciddi əməl edən ölkə" dediyi Rusiya iştirakçısı olduğu istənilən münaqişədə heç bir beynəlxaq qanuna əməl etməyib. Həmişə "öz qanunlarını" diqtə etməyə çalışıb. Dağıdıcı, təcavüzkar və qəddar ordusu ilə "ayaq basdığı" hər verdə davamlı gərginlik yaradıb, münaqişələrin uzadılmasına çalışıb. Azərbaycan bunu Ermənistanla yaşanan münaqişə illərində aydın şəkildə gördü və proses davam etməkdədir.

Son xəbərlər
Bütün xəbərlər »