ABŞ prezidenti Co Bayden cümə günü inflyasiyanın ABŞ üçün "əsl problem" olduğunu etiraf edib, lakin bunun məsuliyyətinin Rusiyanın üzərinə düşdüyünü bildirib.
Bizimyol.info xəbər verir ki, Los-Anceles limanında inflyasiya və administrasiyasının qiymətləri azaltma tədbirləri haqqında danışan Bayden ABŞ vətəndaşlarının "Prezident Vladimir Putinə görə ərzaq və benzin vergisi" ödəməli olduğunu bildirib. Onun sözlərinə görə, Amerika dünyanın heç bir ölkəsində olmadığı kimi qəti əzmkarlıqla inflyasiya ilə mübarizə aparır: "Mən başa düşürəm ki, inflyasiya Amerika ailələri üçün əsl problemdir. Bugünkü inflyasiya hesabatı Amerikanın onsuz da hər bir vətəndaşı tərəfindən bildiyi həqiqəti təsdiqləyir: Putinin qiymət artımı Amerikaya ağır zərbə vurur: May ayından yanacaqdoldurma məntəqələrində benzin, enerji və ərzaq aylıq qiymət artımının yüksələn tempi davam edir”, - dövlət başçısı bildirib.
Bayden ABŞ Əmək Departamentinin hesabatını şərh edib. "Ona görə ki, ölkədə istehlak qiymətləri may ayında illik ifadədə 8,6 faiz artıb ki, bu da 1981-ci ilin dekabrından bəri ən böyük artımdır. Mən Putinin qiymət artımlarını dayandırmaq, qaz və ərzaq qiymətlərini aşağı salmaq üçün əlimdən gələni edirəm",- deyə ABŞ dövlət başçısı bildirib.
"Amerikanın rəhbərliyi və diplomatiyası sayəsində biz keçən illə müqayisədə Avropaya təbii qaz tədarükünü üç dəfə artırmaqla Avropaya Rusiya neftindən asılılığını azaltmağa kömək etdik",- deyə ABŞ prezidenti bildirib.
Bayden təkrar edib ki, ABŞ Ukraynanın elevatorlarında qapadılmış "20 milyon ton taxılı çıxarmaq üçün"Avropalı tərəfdaşlarla yaxından işləyir: "Biz bu işdə onlara kömək etməyə çalışırıq, Rusiya isə ixrac yollarını əngəlləyir. Ukrayna taxılını daşıyacaq gəmilər Qara dənizə buraxılmırlar. Biz isə bütün dünyada qiymətləri aşağı salmaq üçün onu ölkədən necə çıxaracağımızın yollarını tapmağa çalışırıq”,- Vaşinqton administrasiyasının rəhbəri bildirib.
Qadir, Bizimyol.info