Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin Tayvana qarşı müharibə vəd etdi, ABŞ Çini hədələdi
Çin Tayvana qarşı müharibə vəd etdi, ABŞ Çini hədələdi

Birləşmiş Ştatların müdafiə naziri Lloyd Ostin Çini Tayvan ətrafında “təxribatçı və sabitliyi pozan” hərbi fəaliyyətdə və genişmiqyaslı hərbi əməliyyatlara getdikcə “məcburi və aqressiv” yanaşmada ittiham edərək, ABŞ-ın Asiya Sakit Okean regionunda müttəfiqləri və tərəfdaşlarının yanında olacağını təkrarlayıb.

Bizimyol.info xəbər verir ki, Sinqapurdakı Şanqri-La Dialoquna təxminən bir saat davam edən müraciətində Ostin ABŞ-ın “qaydalara əsaslanan beynəlxalq nizama” sadiq olduğunu və regionda sülh və sabitliyin qorunması üçün tərəfdaşlıq içində çalışacağını vurğulayıb. O, Pekinin özününkü olduğunu iddia etdiyi özünü idarə edən ada olan Tayvanla bağlı ABŞ-ın siyasətinin dəyişməz olaraq qaldığını bildirib.

"Siyasətimiz dəyişməyib. Ancaq təəssüf ki, Çin Xalq Respublikası üçün eyni münasibətin nümayişi görünmür. ÇXR-in hərəkətləri sülh və sabitliyi pozmaq təhlükəsi yaradır. Bu, təkcə ABŞ-ın maraqları deyil, beynəlxalq narahatlıq doğuran məsələdir”,- deyə o, təhlükəsizlik forumunda nümayəndələrə müraciətində bildirib.

Lloyd Ostin Lloyd Ostin

Ostinin şərhləri, çinli həmkarı Vey Fenghe ilə ilk üz-üzə danışıqlarından bir gün sonra gəlib. Burada Vey Çinin Tayvanın müstəqil olmasının qarşısını almaq üçün müharibəyə getməyə hazır olduğunu təkrarlayıb.

Pekin son illərdə ada ətrafında hərbi fəaliyyətini artıraraq, may ayının sonunda 30 təyyarə də daxil olmaqla, müntəzəm olaraq Tayvanın hava hücumundan müdafiə identifikasiya zonasına döyüş təyyarələri göndərir.

Ostin həmçinin Pekinin Şərqi Çin dənizi və Cənubi Çin dənizində getdikcə daha iddialı yanaşması ilə bağlı narahatlığını təkrarlayıb. O, Pekinin dəniz iddialarını irəli sürmək əzmində daha aqressiv olduğunu söyləyib.

O, ABŞ-ın Asiya Sakit Okean hövzəsində “aktiv varlığını” davam etdirəcəyini vurğulayıb: "Biz beynəlxalq hüququn icazə verdiyi yerdə uçacağıq, üzəcəyik, fəaliyyət göstərəcəyik və bunu tərəfdaşlarımızla birlikdə edəcəyik. Açıq deyim ki, biz qarşıdurma və ya münaqişə axtarmırıq",- deyə Ostin bildirib.

“Biz yeni Asiya NATO-su, Soyuq Müharibə görmək və ya düşmən bloklara bölünmüş bir bölgə ilə qarşılaşmaq istəmirik. Amma lazım gəldiyi anda biz çəkinmədən öz maraqlarımızı müdafiə edəcəyik”,- deyə ABŞ madafiə naziri qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »