Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ukraynanın cənubunda Rusiyanın desant qrupu məhv edilib"
"Ukraynanın cənubunda Rusiyanın desant qrupu məhv edilib"

"Pivden" Əməliyyat Komandanlığı 39 Rusiya işğalçısının məhv edildiyini bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə “Pivden” Əməliyyat Komandanlığının "Facebook" səhifəsindəki mesajda qeyd edilir.

Qeyd olunur ki, düşmən işğal olunmuş müdafiə xəttində döyüş əməliyyatlarını davam etdirir: “Quruda irəliləməkdə uğur qazanmayan düşmən vertolyot hava zərbələri ilə mövqelərimizin gücünü sınayır. Buna cavab olaraq "Mi-8"lərimiz düşmənin Xerson vilayətində cəmləşməsinə, "Su-27" qırıcılarımız isə Nikolayev vilayətindəki sursat anbarına və düşmənin texnikasının toplanma məntəqəsinə zərbələr endiriblər”,- məlumatda deyilir.

Həmçinin bildirilir ki, Ukrayna kəşfiyyat qrupu işğal altındakı Xerson vilayətinin dərinliklərinə doğru irəliləmə marşrutunun öyrənilməsi zamanı bir qrup Rusiya desantını məhv edərək onların silah və rabitə vasitələrini ələ keçirib.

“Bir gün ərzində bölmələrimizin qüvvələri tərəfindən raket və artilleriya daxil olmaqla, düşmənin 39 işğalçı, ən azı 11 texnika azaldılıb: "T-62" tankı və 4 zirehli texnika, 3 yük maşını, avtomatlaşdırılmış elektron döyüş kompleksi "Borisoglebsk-2" və 2 haubitsa "Msta-B" məhv edilib. Davidov Brod yaxınlığındakı sahə sursat anbarı düzgün hədəfi vurmaqla dağıdılıb”,- məlumatda deyilir.

Bundan əlavə, qeyd edilir ki, Qara dəniz əməliyyat zonasında naviqasiyanın bloklanması davam edir, düşmən gəmiləri Ukraynanın demək olar ki, bütün ərazisini raket zərbələri təhlükəsi altında saxlayır.

"Dörd suüstü gəmi və iki sualtı qayıq 40 kalibr tipli qanadlı raket daşıyır. Onların yanında iki böyük desant gəmisi var",- "Pivden" qeyd edib.

Ukrayna mətbuatı daha əvvəl xəbər verib ki, Ukrayna Silahlı Qüvvələri Donbassda düşmənin 20-dən çox texnikasını məhv edib və dörd pilotsuz uçan aparatı vurub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »