Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qaçan Rusiya əsgərləri müharibədə olduqlarını sosial mediadan öyrəniblər
Qaçan Rusiya əsgərləri müharibədə olduqlarını sosial mediadan öyrəniblər

Ukraynada müharibə davam etdikcə, fərarilik edən Rusiya əsgərlərinin də sayı artır. Rusiyanın Ukraynaya rəsmən müharibə elan etməməsi sözügedən əsgərlər üçün hüquqi prosesi daha da çətinləşdirib.

Bizimyol.info xəbər verir ki, hərbi fərmanlara və hüquqşünaslara görə, yüzlərlə əsgər Ukraynadakı münaqişədən qaçıb və ya müharibənin ilkin mərhələlərində iştirak etməkdən imtina edib. Hərbi analitiklər bu rəqəmin daha çox olduğunu deyirlər.

Bildirilir ki, Rusiya ordusu Ukraynaya hücumun əvvəlində çox büdrədi və minlərlə itki verdi. Yerləşdirdiyi hərbi texnikanın təxminən dörddə birini itirdi. Bu səbəbdən də əsgərlər arasında fərarilik və itaətsizlik problemi günü-gündən daha da dərinləşir.

Digər tərəfdən, fərarilər üçün cəzalar əsasən hərbçilərin işdən çıxarılması ilə məhdudlaşır. Bəzi hüquqşünasların fikrincə, Rusiya Ukraynaya müharibə elan etmədiyi üçün xidmətdən imtina edənlərə qarşı cinayət ittihamının hüquqi əsası azdır. Məlumata görə, Rusiyada etirazları yatıran, milli hərbi qüvvə olan Milli Qvardiyanın üzvlərini təmsil edən rusiyalı vəkil Mixail Benyaş "bir çoxları döyüşmək istəmir " deyə bildirilib.

Xarici mediada yer alan məlumatlara görə, 24 yaşlı Rusiya əsgəri Albert Sahibqareyev fevralın 8-də hərbi təlimlər üçün Rusiyanın Belqorod vilayətinə göndərildiyini bildirib. Onun sözlərinə görə, Vladimir Putinin fevralın 21-də Ukraynanın dövlətçilik hüququnu inkar edən çıxışından sonra Sahibqareyevin olduğu bazada əsgərlərin əksəriyyətinin telefonları müsadirə edilib və onlara gülləkeçirməz gödəkçələr geyindirilib. Qeyd olunur ki, sovet dövründən qalma yük maşınlarından mərmi və sursat boşaldıblar, amma nə gözlənildiyini bilməyiblər. Fevralın 24-də səhər tezdən isə artilleriya atəşinə tutularaq oyanıblar. Ukrayna sərhədindəki kazarmalara iki mərmi düşüb. Hərbi helikopterlər və digər təyyarələr havada uçub. Əsgər baş verənləri yalnız sosial şəbəkədə oxuduqdan sonra öyrəndiyini deyib. Ümumiyyətlə, müharibədə döyüşən çoxlu sayda Rusiya əsgəri hələ də müharibədə olduğunu başa düşmür. “Sosial mediadan öyrəndim ki, Rusiya Ukraynaya təcavüz edir. Bizim heç birimiz bu müharibəni istəmədik”,- deyən əsgərin anası Qalina isə oğlunun vətənpərvərliyinə görə hərbi xidmətə getdiyini, həmçinin Rusiyanın Ufa vilayətinin kiçik şəhərlərində başqa karyera imkanlarının olmadığını deyib.

“Hərbi karyera özünə həyat qurmaq şansı idi. Mən ucaboy, atletik bir oğlan böyütdüm və onu vətənin müdafiəsi üçün verdim”,- deyə Qalina bildirib. Vəkil Benyash, Milli Qvardiyanın işi ilə bağlı 24 mart yazısını dərc etdikdən sonra bir neçə gün ərzində 1000-dən çox əsgər və personalın hüquqi yardım üçün onlarla əlaqə saxladığını söyləyib.

Xatırladaq ki, martın 17-də Rusiyanın “Aqora” insan haqları qrupu hərbçilərin və onların qohumlarının əmrləri rədd etdikləri üçün hüquqi yardıma müraciət edə biləcəyi sosial media qrupu yaradıb. Qrupun direktoru Pavel Çikov bildirib ki, növbəti 10 gün ərzində 721 əsgər cavab verib. Martın 4-də Rusiya bazası komandirinin imzaladığı hərbi fərmana əsasən, Ukrayna sərhədi yaxınlığında vəzifə yerinə yetirərkən əmrdən boyun qaçıran bir neçə yüz ordu əsgəri qovulub. Keçmiş hərbçilərin əlavə cəza alıb-almadığı bəlli deyil.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »