Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makron gələn həftə Kiyevə səfər edə bilər - "Fiqaro"
Makron gələn həftə Kiyevə səfər edə bilər - "Fiqaro"

Fransa prezidenti Emmanuel Makron gələn həftə Kiyevə səfər edə bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə "Le Figaro" məlumat verib.

Xəbər verdiyimiz kimi, Fransa Ukraynaya əlavə altı yeni “Sezar” özüyeriyən silahın təhvil verilməsi imkanını araşdırır. Media Makronun Ukraynaya səfəri zamanı ikinci partiyanın transferini elan edə biləcəyini etimalının yüksək olması barədə məlumat verib.

"Müharibədən əvvəl Fransa ordusunda cəmi 76 Sezar özüyeriyən silah var idi. Daha 6 komplekt Ukraynaya təhvil verilərsə, çatdırılmalar bütün Fransız "Sezarlar"ının 16%-ni təşkil edəcək", - deyə nəşr yazıb.

Ukrayna mətbuatının daha əvvəl xəbər verdiyi kimi, Fransa artıq "Sezar" özüyeriyən silahlarını Ukraynaya təhvil verib. Ukrayna Silahlı Qüvvələri əvvəllər "Sezar" özüyeriyən haubitsalarının cəbhədə rus işğalçılarını necə dəqiqliklə vurduğunu nümayiş etdirib.

"Sezar" yeni nəsil özüyeriyən artilleriya qurğusudur. Cəbhə xəttindən 20 km və daha çox məsafədə olan düşmən hədəflərini yüksək dəqiqliklə vurmağa imkan verir. Bu məsafədə adətən artilleriya, ehtiyatlar və düşmənin komanda məntəqələri yerləşir. Onların məhv edilməsi düşmənin hücum potensialını azaldır.

Qadir, Bizimyol.info

P.S: Qeyd edək ki, fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukrayna ərazisinə qoşun yeritmək barədə qərar verib. Həmin vaxtdan başlayaraq davam edən müharibə dövründə Fransa prezidenti Emmanuel Makron münaqişənin dayandırılması üçün həm Rusiya dövlət başçısı ilə, həm də Ukrayna prezidenti Vladimir Zelenski ilə bir neçə dəfə danışıq aparıb. Lakin tərəflərin razılığa gələ bilməməsi səbəbindən danışıqlar nəticəsiz olub.

Bu səbəbdəb də indi Ukrayna rəsmiləri diplomatik danışıqlara ümidlərini itiriblər. Artıq onlar tərəfdaş ölkələrdən ağır texnika almağı daha üstün tuturlar.  Ukrayna tərəfi Rus ordusunun ərazilərindən əks-həmlələrlə çıxarandan sonra  Kremlin sülhə razı olacağını, buna qədər aparılan diplomatik prosesin fayda verməyəcəyini bildirib.

Son xəbərlər
Bütün xəbərlər »