Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko: "Belə getsə, Belarusda da Ukrayna variantı gözlənilir"
Lukaşenko: "Belə getsə, Belarusda da Ukrayna variantı gözlənilir"

Belarus prezidenti Aleksandr Lukaşenko vəziyyətin Ukrayna ssenarisi üzrə inkişafının qarşısını almaq üçün rəsmiləri əhali ilə daha fəal əlaqə saxlamağa çağırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Belarus prezidentinin saytında məlumat verilib.

“Xalq uğrunda döyüşdə uduzsaq, hakimiyyət olaraq dəyərsizik, dövlətimiz üçün gərəksiz olarıq. Biz də Ukrayna kimi olsaq, burada hər bir insan özü üçün yaşasa, "ən güclüsü sağ qalır" prisipini üstün tutsaq, gənclər, uşaqlar, qocalar taleyin ümidinə buraxılmış olacaq. Biz müharibə ərəfəsində yaşayırıq”,- deyə o, cümə günü yerli səviyyədə əhali ilə iş üzrə seminar-müşavirədə deyib.

"Heç birimiz ölkəmizdə Ukrayna ssenarisinin təkrarlanmasını istəmirik",- deyə dövlət başçısı vurğulayıb.

"Ona görə də gəlin, birlikdə işləyək. Mövzu həyati əhəmiyyət kəsb edir. 2020-ci ildə və ondan sonra baş verənlərdən (söhbət Belarus prezidenti seçkiləri və ondan sonrakı hadisələrdən gedir - red.) nəticə çıxarmasaq, Ukrayna hadisələrinə doğru böyük addım atmış olacağıq. Amma bu, bizim üçün Ukraynanın düşdüyü vəziyyətdən daha çətin olacaq”,- deyə o bildirib.

Lukaşenko hesab edir ki, onun ölkəsində sülh və əmin-amanlığı qorumaq üçün Belarusun hər tərəfində hər kəs vicdanla işləməli, vətəninə qarşı aparılan dağıdıcı proseslərə müqavimət göstərməli və müarizəyə qoşulmalıdır: "Ətrafda hər şey alovlanır: haradasa qaynar müharibə gedir, haradasa hələ də media, iqtisadiyyat və s. ilə bağlı hibrid müharibənin bir hissəsi var. Ətrafda hər şey alovlanır və bizi də bu yanan çəlləyə atmaq istəyirlər. Bizə sülh verməyəcəklər, amma biz müqavimət göstərməli və dözməliyik”,- deyə Belarus prezidenti qeyd edib.

Xatırladaq ki, hazırda Belarus Rusiya ilə "İttifaq Dövləti" müqaviləsi daxilindədir. Rusiya prezidenti Vladimir Putinin teganə aşkar müttəfiqi də məhz Lukaşenkodur. Bununla belə, o, Qərbin təzyiqlərindən qorxaraq Ukraynaya qarşı müharibədə Rusiyaya birbaşa dəstək vermədi.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »