Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kanada Rusiyanın 123 milyon dollarlıq aktivlərini dondurub
Kanada Rusiyanın 123 milyon dollarlıq aktivlərini dondurub

Kanada polisi 2022-ci il fevralın 24-dən iyunun 7-dək Rusiyanın 123,031 milyon dollarlıq aktivlərini dondurub.

Bizimyol.info xəbər verir ki, bu barədə cümə axşamı Kanada Kral Atlı Polisi məlumat yayıb.

"Fevralın 24-dən iyunun 7-dək Rusiyanın 123 milyon dollarlıq aktivləri dondurulub. Ümumilikdə 289 milyon dollarlıq əməliyyatlar da bloklanıb", - polisin yaydığı sənəddə deyilir.

Ottava Ukraynadakı vəziyyətlə əlaqədar fevralın sonundan etibarən Rusiya Federasiyasına qarşı iqtisadi sanksiyalar tətbiq edir. Kanada bundan əvvəl iyunun 8-də iqtisadi məhdudiyyətlər elan edib. Daha sonra Ottava sanksiyalara məruz qalan Rusiya Federasiyasının neft-qaz və kimya sənayesi ilə bağlı durdurulmuş 28 fəaliyyətin siyahısını dərc edib. Xüsusilə, onlar tikinti, müxtəlif nəqliyyat növləri, kompüter, mühasibat, konsaltinq, mühəndislik və digər xidmətlərə aiddir. Qeyd olunub ki, Kanada vətəndaşlarına həmçinin şirkətlərinə Rusiyanın neft, qaz, kimya, dağ-mədən sənayesinin nümayəndələri ilə biznes qurmaq, o cümlədən kömür və metal filizlərinin çıxarılması qadağan edilib.

Kanada Kral Atlı Polisi dünyada beynəlxalq, əyalət və bələdiyyə səviyyələrində hüquqi səlahiyyətə malik yeganə hüquq-mühafizə orqanıdır.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin fevralın 24-də Ukrayna ərazisinə ordu yeridərək qonşu dövlətin ərazisində "xüsusi hərbi əməliyyat" keçirdiyini elan edib.

O, vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil, məqsədlər isə ölkənin demilitarizasiyası və denazifikasiyasıdır.

ABŞ və müttəfiqləri buna cavab olaraq Rusiya Federasiyasına qarşı genişmiqyaslı sanksiyalar tətbiq etdirlər və Kiyevi silahla təmin etməyə davam eirlər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »