Vladimir Putin Avropada sülhə yeni təhlükə yaradan ifadələr işlədərək İsveç torpaqlarını “geri qaytarmaq”la öyünərkən özünü rus tiranı Böyük Pyotrla müqayisə edib.
Bizimyol.info xəbər verir ki, Çar Pyotrun anadan olmasının 350-ci ildönümündə çıxış edən Putin, Moskvanın başçılıq etdiyi anti-İsveç koalisiyasının İsveç imperiyasını darmadağın etdiyi və Rusiyanı Avropada yeni imperiya gücü kimi qurduğu Böyük Şimal müharibəsinə istinad etdi.
“Deyirlər Peter İsveçlə döyüşüb və əraziləri zəbt edib. O, heç bi ərazi işğal etmirdi. O sadəcə ruslara məxsus olan torpaqları geri qaytarırdı. Bunun üçü çar 21 il müharibə edib”, - deyə Putin tamaşaçılarına üzünü gülüşlə bildirib. O, vaxtilə İsveçə məxsus olan torpaqlarda Sankt-Peterburqun qurulmasından danışıb:
Başqa bir tarixi istinadı, bu dəfə müharibəni açan müasir Estoniyadakı Narva döyüşündən danışarkən o, belə davam etdi: “O, ora niyə getdi? Oraya gedib o əraziləri geri götürüb möhkəmləndirmək üçün, elə də edirdi. Geri almaq və gücləndirmək bu indi də bizim üzərimizə düşdü. Və bu dəyərləri varlığımızın təməli kimi qəbul etsək, əlbəttə biz də bunu edəcək, qarşılaşdığımız məsələlərdə qalib gələcəyik”, - deyə Putin bildirib.
Putinin sözləri Baltikyanı ölkələr olan Estoniya, Latviya və Litvanın Ukraynada işini bitirdikdən sonra onlara qarşı müharibəyə başlayacağından qorxan ölkələrə və iki ölkənin NATO-ya üzv olmaq iddiası ilə İsveç və Finlandiyaya qarşı gizli təhlükə kimi qiymətləndiriləcək.
Stokholm və Helsinki, Putinin Ukrayna Rusiya arasındakı təhlükəsizlik razılaşmaları üzərində onun işğalı ilə kobud rəftarını seyr etdikdən sonra NATO ərizələrini təqdim etdilər - Moskva ilə öz razılaşmalarının indi faktiki olaraq dəyərsiz olduğuna inanırdılar.
Putin hakimiyyətinin 23-cü ilində onun qüvvələrinin şəhərləri viran qoyduğu, minlərlə insanı öldürdüyü və milyonlarla insanı qaçmağa məcbur etdiyi Ukraynada Rusiyanın hərəkətlərinə dəfələrlə haqq qazandırmağa çalışıb və Ukraynanın əsl milli kimliyinə malik olmadığını iddia edən tarixə baxış təklif edib. Xtırladaq ki, 2020-ci ilin aprelində, Rusiya ilk dəfə pandemiya karantininə girən kimi, Putin xalqa televiziya müraciəti zamanı baş verənləri IX əsrdə orta əsr Rusiyasının işğalları ilə müqayisə etməsi də bəzi dairələrdə sürpriz olmuşdu. 2021-ci ilin iyulunda isə Kreml “Ruslar və ukraynalıların tarixi birliyi haqqında” başlıqlı təxminən 7000 sözdən ibarət məqalə dərc edib və burada Putin Rusiya və Ukraynanın süni şəkildə parçalanmış bir millət olduğunu iddia etmişdi. Bu isə fevralda Rusiyanın Ukraynaya qoşun yeritmək üçün zəmin yaratdı.
Rusiyanın “xüsusi hərbi əməliyyat” adlandırdığı əməliyyata başlamazdan əvvəl Putin Sovet İttifaqının qurucusu Vladimir Lenini Putinin tarixən Rusiya torpağı olduğunu dediyi ərazilərdə Ukrayna toxumlarını yaratmaqda və əkməkdə ittiham edib.
Qadir, Bizimyol.info