Ruslar Mariupolda elə şərait yaratmışdılar ki, yerli sakinlər Ukraynanın nəzarətində olan əraziyə gedə bilmirdilər. Mariupol sakinləri filtrasiyadan keçmək məcburiyyətində qalıblar, bu müddət ərzində insanlara yemə verilməyib və ələ salınıblar.
Bizimyol.info xəbər verir ki, bu barədə Mariupol şəhərinin meri Vadim Boyçenko Kanal 24-ə müsahibəsində danışıb.
Onun sözlərinə görə, filtrasiya mərkəzləri elə təchiz olunub ki, insan oradan çıxa bilmir. Ukraynaya qayıtmaq mümkün deyil, yalnız Rusiyaya doğru gedə bilərlər.
"Məsələn, mənim xaç anam, Rusiyaya aparılmasını üçün bir ay gözləyib. Çünki onu bura, öz ölkəsinə buraxmayıblar. Çeçenlər onu 56 nömrəli məktəbdən zorla götürüb Bezymennoeyə gətiriblər, bir ay filtrasiya üçün orada gözləyib. Sonra Rostova, sonra Estoniyaya, oradan da Ukraynaya gələ biliblər. Onlara qarşı zorakılıq edilib, yemək verilməyib. Onlar müəyyən qaydaları pozan və hərbi şəraitlə bağlı heç bir fəaliyyətləri olmadığı halda uzun müddət bu filtrasiya şəraitində saxlanılıblar”, - deyə mer paylaşımında qeyd edib.
Boyçenkonun sözlərinə görə, işğalçılar dörd filtrasiya düşərgəsi açıblar. Hamısı Mariupolda deyil, onun ətrafındadır. İşğalçılar buradan Ukraynanın nəzarətində olan əraziyə qayıtmaq istəyənlərə əzab verir, təhqir edir və ələ salırlar.
“Sizə bir misal da gətirim. Dövlət müəssisələrindən birinin rəhbərləri həyat yoldaşı və azyaşlı uşağı ilə birlikdə zorla həmin istiqamətə aparılıblar edilib. Onların qucağında azyaşlı uşaq olub. Ruslar bu siyahılara baxaraq öyrəniblər ki, bu adamlar kimlərdir və görürlər ki, onların böyük uşağı var və böyük qız hüquq-mühafizə orqanlarında işləyir.
Onlar bunu görüb öyrənən kimi: “Sən millətçi böyütmüsən, biz də sənin bu uşağını alırıq ki, sən başqa nasist yetişdirməyəsən”, - deyə uşağı onların əlindən alıblar. Ruslar uşağı zorla onlardan alıb apardılar, amma atası dava salaraq övladını tələb edib. Ruslar onu şiddətlə döydülər, sonra vəziyyətin böyüyəcəyini görüb azyaşlı qızı valideyinlərinə verdilər”, - deyə Boyçenko bildirib.
O bildirib ki, işğalçılar gedən insanları ələ salırlar: “Yəni onların Ukraynaya qayıtmaq istəyinə məhəl qoyulmur, girov götürülmüş mülki şəxslərə bunun mümkün olmadığını deyirlər. Əgər dövlət işçisisənsə, bələdiyyə işçisisənsə, o zaman səninlə daha ağır rəftar edirlər”.
Mariupoldakı vəziyyət
Rus işğalçıları Mariupol vilayətində ukraynalı könüllüləri və məmurları həbs edib güllələyirlər. O cümlədən, “DXR”in saxta məhkəməsi Azov qəsəbələrindən birinin rəhbərini 10 il müddətinə azadlıqdan məhrum edib. Bundan əlavə, ən azı bir dövlət qulluqçusu güllələnmə yolu ilə edam edilib.
Bundan əlavə, Mariupolda insanlar təkcə atəşə görə ölüm təhlükəsi ilə üzləşmirlər. Şəhərdə mərkəzləşdirilmiş su təchizatı və kanalizasiyanın olmaması, minlərlə cəsədin dağıntılar altında çürüməsi, içməli su və ərzaq çatışmazlığı səbəbindən vəba, dizenteriya və ya E.coli xəstəliyinə tutulma təhlükəsi var.
Bu təhlükəni Ümumdünya Səhiyyə Təşkilatının Ukraynadakı insidentlər üzrə meneceri doktor Dorit Nitsana da bildirib. Onun sözlərinə görə, Mariupolda işğalçılar su təchizatını qismən bərpa ediblər, lakin boruların əhəmiyyətli və tez-tez zədələnməsi səbəbindən içməli su kanalizasiyadan gələn çirklə qarışır ki, bu da ciddi mənfi nəticələrə səbəb olur.
Ukraynanın baş sanitar həkimi İqor Kuzin də infeksiyanın çirkli su vasitəsilə baş verdiyini etimal edir. O bildirib ki, aktiv döyüşlərin getdiyi şəhərlərdə vəba epidemiyası baş vermə etimalı çox yüksəkdir.
Qadir, Bizimyol.info