Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiya Rusiyaya qarşı qadağalar siyahısını artırır
Yaponiya Rusiyaya qarşı qadağalar siyahısını artırır

Yaponiya yeni sanksiyalar paketinin bir hissəsi olaraq, iyunun 17-dən Rusiyaya yük maşınları, özüboşalçılar və buldozerlərin ixracını qadağan edəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə cümə günü Tokioda keçirilən mətbuat konfransında iqtisadiyyat, ticarət və sənaye naziri Koiçi Haqiuda bildirib.

“Nazirlər Kabinetinin 7 iyun tarixli sənaye infrastrukturunun gücləndirilməsinə kömək edən məhsulların Rusiyaya ixracına qadağa qoyulması barədə qərarı ilə əlaqədar olaraq, 17 iyundan yük avtomobillərinin, özüboşaldıcı maşınların, buldozerlərin və digər texnikanın tədarükünə qadağa tətbiq ediləcək”, - deyə o bildirib.

Agentliyin saytında dərc olunan sənədə görə, Rusiyaya ixracı qadağan edilən məhsulların siyahısına bəzi ağac növləri, o cümlədən dekorativ örtük, dəzgahlar üçün komponentlər və ehtiyat hissələri, polad çənlər, buxar generatorları, qaz generatorları da daxildir. Bundan əlavə, siyahıya nasoslar, turbinlər, çoxfunksiyalı printerlər, dəzgahlar, hissəcik sürətləndiriciləri kimi çap avadanlıqları, ölçü və sınaq alətləri, sənaye robotları və s.

Yaponiya əvvəllər Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiya Federasiyasına qarşı bir neçə məhdudiyyət paketi qəbul edib. Sanksiya siyahılarına artıq 700-dən çox Rusiya Federasiyası, Belarus, "LPR" və "DXR" vətəndaşları, həmçinin 200-dən çox Rusiya şirkət və təşkilatı daxildir. Bundan əlavə, Yaponiya Otkritie Bank, Novikombank, Sovcombank, VTB, Rossiya Bank, Promsvyazbank, VEB.RF, Sberbank və Alfa-Bank-ın aktivlərini dondurub.

İxracına qadağa qoyulan mal və texnologiyaların siyahısına 300-dən çox adda, o cümlədən yarımkeçiricilər, dəniz və aviasiya təhlükəsizliyi üçün avadanlıqlar, telekommunikasiya avadanlıqları, rabitə vasitələri, hərbi təyinatlı məhsullar, o cümlədən silahlar, proqram təminatı, neft emalı avadanlığı daxildir.

Bundan əlavə, Rusiyaya dəbdəbəli malların, o cümlədən dəyəri 6 milyon yendən (təxminən 49 min dollar) çox olan avtomobillərin tədarükünə qadağa qoyulub.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »