Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnsanların boyu qısalmağa başlayacaq - Yeni təkamül prosesi
İnsanların boyu qısalmağa başlayacaq - Yeni təkamül prosesi

Qlobal iqlim böhranı təkcə iqlimi dəyişdirmir. İnsanların bədən ölçüləri də dəyişə bilər. Yeni tədqiqat bundan bəhs edir. İnsanların boyu qısalmağa başlayacaq. Bu, həyatda qalmaq üçün təbii prosesin tərkib hissəsi hesab edilir.

Bizimyol.info xəbər verir ki, Edinburq Universitetindən Stiv Brusatte iqlim dəyişikliyinin gözləniləndən də böyük təsir ehtimalından danışıb. Elm adamı böhranın insan boyunu qısalda biləcəyini dilə gətirib. Bəşər övladı dəyişikliklərə uyğunlaşmağa çalışacaq. Beləcə, boyu da qısalacaq.

“Planetdə temperaturun yüksəlməsinə görə çox şey dəyişir: okeanın səviyyəsi artır, bir çox heyvanların və bitkilərin nəsli tükənir, ölümcül xəstəliklərin inkişaf riski çoxalır. Amma bu hələ son deyil. Boyu qısa olan məməlilər iqlim dəyişikliyinə daha rahat uyğunlaşacaq. Keçmişdə də belə olub. Yeni şərtlər altında həyatda qalmaq üçün insan boyu da qısalacaq”.

Brusatte keçmişdən danışarkən böyük ehtimalla dinozavrların məhvini nəzərdə tutur. Yer kürəsindəki fəlakət zamanı nəhəng canlılar məhv olmuşdu. Daha kiçik ölçüdə olanlar həyatda qala bilmişdi. Brusatte qədimdə atların bədən ölçülərinin dəyişməsini misal göstərir.

“55 milyon il əvvəl Yer kürəsində paleosen-eosen termal maksimumu kimi tanınan bir hadisə baş vermişdi. Sonra planetdə temperatur çox yüksəlmişdi. Atmosferin tərkibi dəyişmişdi, bir çox heyvan növləri yox olmuşdu. Bu indiyədək baş verən ən böyük qlobal istiləşmə hadisəsidir. Fosil dəlillərinə görə, qədim atlar ölçüləri kiçilərək yeni mühitə uyğunlaşıblar. Qorxulu səslənir, lakin insanların bədənlərindəki dəyişiklik bu heyvanlarda olduğu kimi baş verə bilər”.

Alimin sözlərinə görə, indi də Yer kürəsinin isti bölgələrində bir çox heyvanlar soyuq yerlərdə məskunlaşanlara nisbətən daha kiçikdir. Eyni şey şimalda və çox isti yerlərdə yaşayan insanlarda da müşahidə olunur. Tədqiqatlar göstərir ki, Arktika bölgələrinin sakinləri orta hesabla aşağı enliklərdə yaşayan insanlardan böyükdür.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »