Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski NATO-nun sammitinə dəvət olunacaq
Zelenski NATO-nun sammitinə dəvət olunacaq

Ukrayna Prezidenti Vladimir Zelenski NATO dövlət və hökumət başçılarının iyunun 28-30-da İspaniyanın paytaxtında keçiriləcək görüşünə dəvət olunacaq.

"Report" xəbər verir ki, bu barədə cümə axşamı EFE agentliyi məlumat yayıb.

İspaniya hökumətinin NATO və digər qurumlarla koordinasiya ilə sammitə hazırlığı yekunlaşdırdığı bildirilir. Agentliyin məlumatına görə, görüşün yekun proqramı hələlik alyans tərəfindən təsdiqlənməyib. Bundan sonra Ukrayna Prezidentinə görüşdə iştirak etmək üçün dəvət göndəriləcək.

Sammitdə ümumilikdə 5 minə yaxın iştirakçının - nümayəndə heyətlərinin və müxtəlif təşkilatların üzvləri, jurnalistlərin olacağı gözlənilir. İclasa 40-dan çox beynəlxalq lider gəlməlidir: NATO ölkələrinin 30 dövlət və hökumət başçısı ilə yanaşı, Avstraliya, Avstriya, İrlandiya, Kipr, Malta, Yeni Zelandiya, Finlandiya, İsveç, Cənubi Koreya və Yaponiyanın da iştirakı gözlənilir.

Sammitdə Avropa qurumlarının rəhbərləri də iştirak edəcək.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »