Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya XİN Lavrovun Fərrux kəndi ilə bağlı dediklərinə düzəliş edib
Rusiya XİN Lavrovun Fərrux kəndi ilə bağlı dediklərinə düzəliş edib

Rusiya Xarici İşlər Nazirliyi Sergey Lavrovun İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında Xocalının Fərrux kəndi ətrafındakı vəziyyətlə bağlı səsləndirdiyi fikirlərə düzəliş edib.

APA-nın məlumatına görə, axşam saatlarında Rusiya XİN-nin saytında Lavrov-Mirzoyan mətbuat konfransının stenoqramını yayımlanıb. Stenoqramda Rusiya XİN başçısının Fərrux kəndi ətrafındakı vəziyyətlə bağlı səsləndirdiyi fikirlərə dəyişiklik edilib.

Belə ki, Lavrovun canlı mətbuat konfransında səsləndirdiyi "Vəziyyətin nizamlanması Qarabağdakı Rusiya sülhməramlı hərbçilərinin prioritetlərindən biridir. Erməni dostlarımız da bu barədə yaxşı məlumatlıdır. Artıq vəziyyətin de-eskalasiyası nöqteyi-nəzərindən “yerdə” müəyyən nəticələr var. Bizdə anlayış var ki, delimitasiya ilə bağlı başlayan predmetli iş çərçivəsində bu məsələlərə baxılacaq və mütləq həll olunacaq” fikirləri "Vəziyyətə gəlincə, Rusiya hərbçiləri (bizim erməni dostlarımız bundan yaxşı məlumatlıdır) bunu öz prioritetlərindən biri kimi “saxlayır”. Artıq vəziyyətin deeskalasiyası baxımından “yerdə” müəyyən nəticələr var. Ümid edirik ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanması Bakı ilə İrəvan arasında etimadın artmasına və Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında Fərrux kimi insidentlərin qarşısını almağa kömək edəcək" kimi dəyişdirilib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »