Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: “Seçkilərdə namizəd olacağam”
Ərdoğan: “Seçkilərdə namizəd olacağam”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ildə baş tutacaq prezident seçkilərində namizəd olacağını açıqlayıb.

“Report” xəbər verir ki, bunu dövlət başçısı İzmirdə çıxış edərkən söyləyib.

Türkiyə müxalifətinin liderlərindən olan Kamal Kılıçdaroğlunu tənqid edən dövlət başçısı bildirib:

“Namizədlik məsələsini daha da uzada bilməyəcəksən. Seçki qarşıdakı ilin iyun ayında keçiriləcək. Qaçacaq yerin yoxdur, cənab Kamal. Bax deyirəm, Cümhur İttifaqının namizədi Tayyib Ərdoğandır”.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »