Dünyada dominant mövqeyini itirmək istəməyən Qərb çoxqütblü, demokratik dünyanın formalaşmasına “zorakı müqavimət” göstərir.
Bizimyol.info xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov cümə axşamı "XX Beynəlxalq Lixaçov" elmi birliyin plenar iclasına göndərdiyi təbrik məktubunda yazıb. Mətni qonaqlara Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çatdırıb.
“Demokratik, çoxqütblü dünyanın formalaşması məsələsi beynəlxalq münasibətlər sistemində öz dominant mövqelərini itirmək istəməyən dövlətlərin baş verən dəyişikliklərə sərt müqavimətinin şahidi olduğumuz bu günlər bu tədbir xüsusilə aktualdır. Qeyd edək ki, Qərbin xüsusilə, son dövrlərdə səgilədiyi davranış bütün hüquqi, əxlaqi və etik normalara ziddir”, - nazirin qonaqlara unvanladığı təbrik məktubunda deyilir.
Lavrov qeyd edib ki, araşdırmalar zamanı qlobal proseslərin dəyər və mədəni amillərinə diqqət yetirmək vacibdir. Nazir, həmçinin forumun işinin beynəlxalq sahədə əməkdaşlığın və qarşılıqlı anlaşmanın inkişafına təkan verəcəyinə əminliyini ifadə edib.
İyunun 9-10-da Sankt-Peterburq Həmkarlar İttifaqları Humanitar Universitetində XX Beynəlxalq Lixaçov elmi araşdırmaçıların plenar iclası keçirilir. Forumun mövzusu “Qlobal münaqişə və yeni dünya nizamının konturları”dır. Təşkilatçıların məlumatına görə, bu il müzakirəyə 8 ölkədən elm, dövlət və ictimai xadimlərin 200-dən çox məruzəsi daxil olub.
Lixaçev elmi mütaliələri akademik D.S.Lixaçovun təşəbbüsü (1993-cü ildən) və Rusiya prezidenti Vladimir Putinin dəstəyi ilə (2001-ci ildən) keçirilir. Forumun kçirildiyi bütün dövr ərzində onlarda 50-dən çox ölkənin nümayəndələri iştirak edib.
Qadir, Bizimyol.info