Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İspaniyada güclü meşə yanğınları baş verib, xəsarət alanlar var
İspaniyada güclü meşə yanğınları baş verib, xəsarət alanlar var

İspaniyanın cənubundakı dağlarda baş verən meşə yanğını Benahavis şəhərinin mərkəzindən 3000-dən çox insanı təxliyə etməyə məcbur edib və üç yanğınsöndürən yaralanıb.

Bizimyol.infox xəbər verir ki, yanğın çərşənbə günü günortadan sonra Sierra Bermejadakı Pujerra dağının yamaclarında, Kosta del Solun yuxarısında başlayıb. Bu narədə Əndəlus meşə yanğınlarına nəzarət idarəsi (INFOCA) "Twitter"də bildirib.

"RTVE" dövlət televiziyası regional siyasətçilərə və yanğınsöndürmə briqadasının sözçülərinə istinadən xəbər verir ki, 8000 sakini olan Benahavis icması və Malaqanın qərbindəki 300 sakinin yaşadığı Pujerra kəndi ən çox risk altındadır.

"Təəssüflə bildirməliyik ki, "INFOCA"dan üç yanğınsöndürən müxtəlif növ yanıqlar alıb və onlardan birinin bədəninin 25 faizi yanıb və o, Malaqa xəstəxanasına təxliyə edilib", - deyə Əndəlusun vilayət rəhbəri Xuan Manuel Moreno jurnalistlərə bildirib.

Verilən məlumata görə, 30C-dən (86F) yuxarı olan temperatur, quraqlıq və güclü külək cümə axşamı ərazidə yanğınsöndürmə işlərinə mane olmağa davam edib.

Lakin gün ərzində küləyin azalması ilə vəziyyətin yaxşılaşacağı gözlənilir.

"Yanğınsöndürmə briqadası, mülki müdafiə və hərbi fövqəladə hallar bölməsinin 500-ə yaxın üzvü hadisə yerinə göndərilib",- deyə Əndəlus fövqəladə hallar xidmətləri məlumat veriblər. Rəsmilərin sözlərinə görə, heç bir binaya ziyan dəyməyib.

Sierra Bermeja dağ silsiləsində yanğına məruz qalan ərazi, keçən ilin sentyabr ayında altı günlük meşə yanğını ilə viran qaldı və hadisə nəticəsində 9,000 hektardan (35 kvadrat mil) çox meşə məhv olub.

O vaxt səlahiyyətlilər yanğının qəsdən törədildiyini iddia etmişdilər. Lakin hadisəni törədənləri müəyyən etmək mümkün olmayıb.

Baş nazir Pedro Sançes "Twitter"də yazıb ki, Sierra Bermeja sakinləri "daha bir çətin gecəni yaşadılar". O, zərər çəkənlərlə həmrəy olduğunu bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »