Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya gəmilərini uzaqda saxlayır, çünki təkrar zərbələrdən qorxur"
"Rusiya gəmilərini uzaqda saxlayır, çünki təkrar zərbələrdən qorxur"

"Rusiya ordusu sahildən gələn hücumlardan qorunmaq üçün Zmeinı (İlan) adasında mövqelər qurur. Eyni zamanda terrorçu Rusiya işğalçıları iri desant gəmilərini Qara dənizdə uzaq məsafədə saxlayırlar".

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə brifinqdə cənub müdafiə qüvvələrinin birgə əlaqələndirmə mətbuat mərkəzinin rəhbəri Natalya Qumenyuk bildirib.

"Rusiya Qara dənizdə gəmilərini bir qədər uzaq saxlamağa çalışır, çünki o, donanmaya zərbələrin təkrarlana biləcəyindən qorxur. Eyni zamanda onlar hava hücumundan müdafiə sistemləri yerləşdirdikləri müvəqqəti işğal olunmuş Zmeinı adasındakı mövqeləri təchiz etmək cəhdlərindən əl çəkmirlər. Və böyük desant gəmilərini də orada müəyyən məsafədə saxlayırlar”,- deyə o bildirib.

Gumenyukun sözlərinə görə, Rusiya Federasiyasının genişmiqyaslı işğalın əvvəlində elan etdiyi desant əməliyyatı baş tutmayıb. Onlar Ukrayna sahillərinə dəniz piyadalarını çıxarmağı hədəfləyirdilər. Bu yolla Odessanı ələ keçirə biləcəklərini düşünürdülər. 106 gün davam edən müharibədə buna çoxlu cəhdlər olub. Bununla belə, bütün cəhdlər uğursuzluqla nəticələnib. Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiya donanmasını Ukrayna sahillərindən 100 kilometr uzaqlaşdırdığını bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Ukrayna hava hücumundan müdafiə qüvvələrinin uğurlu hərəkətləri sayəsində düşmən təyyarələrinin istifadəsinin intensivliyi xeyli azalıb. "Hava hücumundan müdafiə vasitələrimizin uğurlu hərəkətləri sayəsində düşmən aviasiyasından istifadə intensivliyi azalıb. Düşmənin səyləri quru qrupunun hərəkətlərinin dəstəklənməsinə və Ukrayna ərazisinin dərinliklərində yerləşən infrastruktur obyektlərinə raket zərbələrinin endirilməsinə yönəlib".

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir. Bundan əlavə, qeyd edilir ki, Qara və Azov dənizlərinin sularında düşmən gəmi qruplaşması Qara dənizin şimal-qərb hissəsində mülki naviqasiyanın qarşısını almaq üçün istifadə olunur.

Xatırladaq ki, bir müddət əvvəl Ukrayna ordusu İlah adasına ardıcıl hücumlar təşkil edərək Rusiyanın burada mövqelərini sarsıtmışdı. Hazırda Rusiya bu adadan Odessaya qarşı planlarında istifadə edə bilmir. Ada ətrafında Rusiya dəniz donanmasına aid çoxlu sayda texnika məhv edilib.  Bu əməliyyatlarda "Bayraktar" dronlarından geniş istifadə edilirdi.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »