ABŞ prezidenti Co Bayden hesab edir ki, rekord inflyasiya ölkə üçün lənətə çevrilib.
Bizimyol.info xarici mətbuata istinadən xəbər verir ki, o, bu fikri çərşənbə günü ABC telekanalında teleaparıcı Cimmi Kimmelin axşam şousunda bildirib.
"İnflyasiya bizim varlığımızın bəlasıdır. Bu, əsasən ərzaq və benzinin qiymətinə təsir edir",- deyə o, Bayden administrasiyanın siyasətindən xalqın narazılığına dair şərhə cavab verib.
Kimmel baş verənlərin "hər şeyin nə qədər baha olduğunu bildirən reklamlar olan kiçik bir lövhə" kimi olduğunu qeyd edərək, ABŞ-ın keçmiş prezidenti Donald Trampın Baydenə flomaster qoyub getdiyi təqdirdə "qiymətləri bu lövhəyə yenidən yaza biləcəyini" zarafat edib.
Bundan əvvəl ABŞ-ın maliyyə naziri Canet Yellen Senatın Maliyyə Komitəsində keçirilən dinləmələrdə ölkədə inflyasiyanın yaxın gələcəkdə yüksək səviyyədə qalacağını, bunun indiki mərhələdə ölkənin əsas iqtisadi probleminə çevrildiyini bildirib. Nazir həmçinin etiraf edib ki, həm özü, həm də ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED, mərkəzi bank) rəhbəri Cerom Pauell inflyasiya ilə bağlı son təxminlərində səhv ediblər. “Yəqin ki, hər ikimiz inflyasiya ilə bağlı “keçid” terminindən daha dəqiq bir termin istifadə edə bilərik”, - deyə Yellen qanunvericilərin tənqidlərinə cavab verib.
Nazirin sözlərinə görə, hazırda ABŞ-da inflyasiya “qəbuledilməz səviyyədədir”. Yellen bununla belə, mövcud vəziyyəti əsasən geosiyasi sarsıntılar kimi xarici amillərlə əlaqələndirib. O, inflyasiyanın sürətləndirilməsinin digər amillərlə yanaşı, Amerika hakimiyyətinin özünün anti-böhran tədbirləri, pandemiyanın nəticələrini aradan qaldırmaq üçün iqtisadiyyatın sürətləndirilməsidə gecikmələrin olması ilə razılaşmadı.
Bundan əvvəl "FED" inflyasiya ilə mübarizə məqsədilə baza faiz dərəcəsini 50 bənd artıraraq 0,75-1 faizə çatdırmışdı. ABŞ Əmək Departamentinin məlumatına görə, 2022-ci ilin aprelində ölkədə illik inflyasiya mart ayındaki 8,5 faizə qarşı 8,3 faizə düşüb. Mart ayı üçün bu rəqəm son dörd onilliyin rekordu olub.
Qadir, Bizimyol.info