Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Putinin nifrəti demokratik modelə qarşı yönəlib"
"Putinin nifrəti demokratik modelə qarşı yönəlib"

Almaniyanın keçmiş kansleri Angela Merkel Rusiyanın Ukraynaya müdaxiləsini böyük səhv adlandırıb. O, həmçinin qeyd edib ki, işğalçı Rusiya Federasiyasının prezidenti Vladimir Putinin nifrəti Qərb demokratik modelinə qarşı yönəlib.

Bizimyol.info xəbər verir ki, Merkel bu barədə “Der Spiegel”ə müsahibəsində danışıb. Qeyd olunur ki, Almaniyanın keçmiş kansleri Rusiyanın Ukraynaya hücumunu kəskin şəkildə pisləyib.

O, qeyd edib ki, bu, beynəlxalq hüququ pozan və heç bir əsası olmayan vəhşi hücumdur. Hazırda Merkelin partiyası müxalifətdə olsa da, o xarici siyasətdə varisi olan Olaf Şolzun koalisiyasına güvənir. "Mən indiki federal hökumətə etimadsız olmağı təsəvvür edə bilmirəm",- deyə o qeyd edib.

Xatırladaq ki, keçən il dekabrın əvvəlində kanslerliyinin sona çatmasından sonra Merkel ictimai bəyanatlar və çıxışlarında çox təmkinli davranırdı. “Der Spiegel”-in müxbirinin “Rusiya-Ukrayna müharibəsinin qarşısnı almaq üçün nə etmək olardı, müharibənin qarşısını almaq olarmı?” sualına Merkel “mən özümü günahlandırmıram” deyə cavab verib.

Daha sonra o bildirib ki, bunun qarşısını ala biləcək təhlükəsizlik arxitekturasını yaratmaq mümkün deyil. Eyni zamanda, Merkel öz siyasətinin tənqidi baxılan aspektlərindən söz açıb.

“Belə bir faciənin qarşısını almaq üçün daha çox iş görmək olardımı? Mən bu vəziyyəti artıq böyük faciə hesab edirəm. Bunun qarşısını almaq olardımı? Buna görə mən tez-tez özümə sual verirəm. Hamı özünə bu sualı verir”,- deyə Merkel qeyd edib.

Merkel müsahibəsində 2014-cü ildə Krımın ilhaqından sonra Putinlə münasibətlərin xeyli pisləşdiyini qeyd edib: "Bu, dərin bir yara idi".

Xatırladaq ki, bir müddət əvvəl Ukraynanın Almaniyadakı səfiri Andriy Melnik Merkeli Rusiyaya qarşı bir növ sakitləşdirmə siyasəti yürütməkdə ittiham edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »