Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan və Qırğızıstan müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib
Azərbaycan və Qırğızıstan müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib

İyunun 8-də İzmir şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Qırğızıstan Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotov arasında ikitərəfli formatda görüş keçirilib.

"Bizimyol.info" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-təhsil və qarşılıqlı əməkdaşlığın müxtəlif sahələri, eləcə də maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »