Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Vətənə xəyanət"də ittiham olunan Poroşenko Ukraynaya qayıdıb
"Vətənə xəyanət"də ittiham olunan Poroşenko Ukraynaya qayıdıb

Bir neçə gün əvvəl Avropa Xalq Partiyası üzvlərinin Hollandiyada keçirilən toplantısında iştirak etmək bəhanəsi ilə Ukraynanı tərk etməyi bacaran Ukraynanın eks-prezidenti, Ali Radanın hazırkı deputatı Pyotr Poroşenko vətəninə qayıdıb.

Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə günü "Strana" qəzeti məlumat yayıb.

“Poroşenko artıq Lvovdadır”, - nəşr öz Telegram kanalında yazıb və eks-prezidentin əks olunduğu videonu dərc edib. “Videoya əsasən, Poroşenko 80-ci desant-hücum briqadasının əsgəri Aleksey Portmanın dəfn mərasimində iştirak edib”, – deyə qəzet qeyd edir.

Poroşenkonun xaricə səfəri iyunun 2-də başa çatıb. Bununla belə, iki gün əvvəl Ukrayna mətbuatı eks-dövlət başçısının London küçələrində gəzərkən çəkildiyi videonu yayıb.

Mayın sonunda Poroşenko bir neçə dəfə Ukrayna ərazisini tərk etməyə cəhd edib. O, buna yalnız üçüncü cəhddə, prezident Vladimir Zelenskiyə açıq müraciətindən, iyunun 1-də keçiriləcək Avropa Xalq Partiyasının qurultayına və üzvlərinin görüşünə gedəcəyini elan etdikdən sonra nail ola bilib.

Ukraynada Poroşenko 2014-2015-ci illərdə Donbassdan kömür alınması ilə bağlı cinayət işində əsas ittiham olunan şəxslərdən biri kimi göstərilir. İş “Terrorçuluğun maliyyələşdirilməsi”, “Dövlətə xəyanət” və “Terror təşkilatı yaratmaq” maddələri ilə başlanıb və 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Eyni zamanda, məhkəmə sabiq prezidentə qarşı ən yüngül həbs-qətimkan tədbiri - məhkəməyə və hüquq-mühafizə orqanlarına çağırılan zaman gəlmək şəxsi öhdəliyi təyin edib.

Hazırda həbsdə olan və UTX-nun məlumatına görə, artıq Poroşenkoya qarşı ifadə verən ukraynalı siyasətçi Viktor Medvedçukun da bu işdə əli var.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »