Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrov Putinlə Zelenski arasında görüşün şərtini açıqlayıb
Lavrov Putinlə Zelenski arasında görüşün şərtini açıqlayıb

"Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında görüş imkanı yalnız Moskva və Kiyev arasında danışıqlar prosesi bərpa edildikdən sonra yaranacaq".

Bizimyol.info xəbər verir ki, bunu çərşənbə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

“Biz o aspektdən çıxış edirək bildiririk ki, ilkin olaraq danışıq qruplarının işini bərpa etmək lazımdır”, - deyə o bildirib.

Lavrovun sözlərinə görə, Ukrayna lideri Rusiya ilə danışıqlara “qeyri-ciddi yanaşma” nümayiş etdirir: “Zelenski görüş xatirinə görüş istəyir, onun həftədə yeddi cümə günü var, o, dəfələrlə bəyan edib: “Biz danışıqları yalnız fevralın 24-də ruslar öz kontingentini xəttə çəkəcəyi təqdirdə bərpa edəcəyik”. Yaxşı, bu, tamamilə qeyri-ciddi yanaşmadır, üstəlik, Ukrayna nümayəndə heyətinin özünün martın 29-da burada, İstanbulda irəli sürdüyü təşəbbüslərə tamamilə ziddir”, - deyə nazir qeyd edib.

Nazir əlavə edib ki, Ukrayna aprelin ortalarından bəri saziş layihələrinin Rusiya variantına cavab verməyib. “Top, demək olar ki, iki aydır ki, ukraynalıların tərəfindədir. Aprelin ortalarında, bundan əvvəl onlar İstanbulda təsvir olunan öz yanaşmalarını dəyişdikdə, biz bunu əsas götürməyə hazır idik, lakin bir gün və ya iki sonra dərhal bundan da imtina etdilər. Buna baxmayaraq, əlaqələr davam etdirildi və saziş layihəsinin növbəti variantı ilə bağlı mövqeyimiz aprelin ortalarında onlara təqdim edildi. Və o vaxtdan  bəri Kiyevdən heç bir rəy almamışıq”, - deyə o, Lavrov bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »