Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təkər kodları necə oxunmalıdır və nədən xəbər verir?
Təkər kodları necə oxunmalıdır və nədən xəbər verir?

Təkər kodları haqqında eşitmişdinizmi? Yeni aldığınız avtomobilin təkər kodlaırna fikir verməmiş ola bilərsiniz, amma yeni təkər dəsti aldığnız zaman təkər koduna mütləq fikir vermək lazımdır.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, təkərin üzərində olan bu kodlara təkər sürət kodu, yük kodu, diametri və bənzər kodlar daxildir. İnsan həyatının təhlükəsizliyi üçün təkər sürət kodu son dərəcə vacibdir.

Çünki bu kodlar hansı təkərin hansı avtomobilə uyğun olduğunu göstərir. Müvafiq təkəri avtomobilin lisenziyasından, müşayiət olunan sənədlərdən və ya servisdən öyrənə bilərsiniz. Düzgün təkəri öyrəndikdən sonra təkər sürət kodu və yükləmə kodu kimi təkər kodlarına uyğun təkər almalısınız.

Təkər kodları hər təkərdə qabardılmış hərf və rəqəmlərdən ibarət uyğunluq məlumatıdır. Təkərin markasına və modelinə görə dəyişsə də, ümumiyyətlə bu barədə 6 əsas məlumatı ehtiva edir. Bunlar; bölmə eni, bölmə nisbəti, təkər növü, halqa diametri, yük kodu və təkər sürət kodu məlumatlarıdır.

Təkər kodları ümumiyyətlə böyük hərflərlə yazılmış şin markasının altında yerləşir. Model nömrəsini və buna bənzər detalları bir kənara qoysaq, təkər seçimi üçün vacib olan bəzi kodlar var. Bütün kodların nə demək olduğunu bilməsəniz belə, avtomobilinizə uyğun olanları mütləq bilməlisiniz.

Məsələn, 175/70R13 82T nümunəsindəki 175 rəqəmi bölmənin enini təmsil edir. 175 millimetrlə tam şişirilmiş təkərin xarici yan divarları arasındakı ən geniş məsafəni göstərir. Qabartma mətnləri bu genişlik ölçüsünə daxil edilmir. Xarici ölçmə zamanı bu dəyər dəyişə bilər.

175/70R13 82T nümunəsindəki 70 rəqəmi kəsişmə nisbətini təmsil edir. Bölmə nisbəti bölmənin hündürlüyünün bölmənin eninə nisbəti faizlə ifadə edilir. Kəsişmə nisbəti yanaq hündürlüyü kimi də qəbul edilə bilər. Kəsişmə nisbəti azaldıqca yanağın hündürlüyü də azalır.

175/70R13 82T nümunəsindəki R hərfi təkər növünü bildirir. R hərfi təxminən 25 ildir minik avtomobillərində istifadə olunan radial təkər tipinin kodudur. Radial şin növü minik avtomobilləri üçün sənaye standartıdır.

Yük maşınları üçün istifadə edilən, B kodlu maili şinlər də var. Avtomobilinizə uyğun təkər növü üçün istehsalçı ilə əlaqə saxlamalısnız.

175/70R13 82T nümunəsindəki 13 rəqəmi təkərin halqasının diametrinə aiddir. 13 düymlə təkərin halqasının diametrini göstərir. Əgər siz təkər dəsti deyil, yalnız tək təkər alırsınızsa, bu nisbət digər təkərlərinizlə eyni olmalıdır. Əgər siz quraşdırılmış təkəri başqa diametrlə əvəz edirsinizsə, servisə müraciət etməlisiniz.

175/70R13 82T nümunəsindəki 82 rəqəmi təkər yük kodunu və ya yük indeksini təmsil edir. 82 tək təkərin maksimum sürətlə daşıya biləcəyi maksimum yükü göstərir. Yük kodu 82 olan təkər 475 kiloqramlıq daşıya bilir.

175/70R13 82T nümunəsindəki T hərfi təkər sürət kodunu ifadə edir, əks halda təkər sürət indeksi kimi tanınır. T təkərin maksimum yüklə gedə biləcəyi maksimum sürət həddini göstərir. T sürət kodu olan təkər maksimum yüklə saatda 190 kilometrə qədər sürətlə hərəkət edə bilər.

Təkər sürət kodunun nə olduğunu bilmək son dərəcə vacibdir.

Çünki sürət baxımından idarəetmə sözün əsl mənasında sürücünün üzərindədir.

Təkərin gedə biləcəyi maksimum sürəti aşmaq təkərlərə zərər verə və ölümcül qəzalara səbəb ola bilər.

Təkər dəyişkiliyi zamanı digər təkər kodlarını bilmək önəmli olsa da, təkər sürət kodu bir an belə yaddan çıxmamalıdır.

Xatırladaq ki, 175/70R13 82T sadəcə təsvir üçün bir nümunədir.

Təkər kodunun son dəyərləri, yük kodu və təkər sürət kodu, nəzərdən qaçırıla bilən detallardır. Düzgün yükləmə kodu olmayan təkər hətta avtomobili daşımaqda çətinlik çəkə bilər. Təkər sürət kodu avtomobilin performansına və təhlükəsizliyinə birbaşa təsir göstərir.

Təkərin sürət kodu ilə müəyyən edilən təkərin maksimum sürətini aşmaq istədiyiniz zaman bunun nə qədər çətin olduğunu sürücülər bilir.

Bu sürət həddini aşa bildiyiniz zaman təkər tez deformasiyaya uğraya, partlaya və ya ölümcül qəzalara səbəb ola bilər.

Nəqliyyat məsələləri üzrə ekspert Fazil Məmmədov bizimyolinfo xəbər protalına açıqlamaında bildirib ki, təkərlərin kodları ağır qəzalarıns ayını azalda bilər: “ Yol polisi çox zaman istehsal formasına müdaxilə edilmiş avtomobilləri saxlayaraq, cərimə protokolları tərtib edir və bəzən də avtomobillər cərimə meydançasına aparılır. Çünki çox zaman gənclər avtomobillərə uyğun olmayan təkərlər qoyaraq “ avtoxuliqanlıq” edirlər.”.

Mütəxəssis bildirir ki, təkərlərin dəyişilməsi ustaya həvalə edilməlidir. Çünki təkər ustalarl hansı avtomobilə hansı təkərin uyğun olduğunu yaxşı bilirlər.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »