Kiyevdə Rusiya prezidenti Vladimir Putinin çevrəsindən olan şəxslərə məxsus şirkətin aktivlərinə həbs qoyulub.
Bizimyol.info xəbər verir ki, Kiyev Şəhər Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, bu, həm Ukraynaya, həm də xaricə məhsul tədarük edən beton konstruksiyaların ən böyük istehsalçılarından biridir.
Qeyd olunur ki, müəssisənin sahiblərindən biri Rusiya Federasiyası prezidentinin yaxın adamı olan Rusiya vətəndaşıdır. Onun Rusiyadakı şirkətlərinin FSB və silahlı qüvvələrin əməkdaşları üçün yaşayış binalarının tikintisi ilə məşğul olduğu məlumdur.
Prokurorluğun məlumatına görə, istintaq zamanı adıçəkilən müəssisənin 437 milyon qrivendən artıq nizamnamə kapitalı, 1,5 milyard qriven dəyərində daşınmaz və daşınar əmlakı şəklində korporativ hüquqlarına eləcə də ümumi məbləği 104 milyon qrivnadan çox olan hesablardakı vəsaitə həbs qoyulub.
Müəssisənin həbs edilmiş 2 milyard qriven məbləğində aktivləri Ukraynanın Korrupsiya və Digər Cinayətlərdən Əldə Edilmiş Aktivlərin Aşkarlanması, Axtarışı və İdarə Edilməsi üzrə Milli Agentliyinin (ARMA) rəhbərliyinə verilib.
SBU-nun məlumatına görə, şirkətin son benefisiarları Putinin ətrafındakı bir neçə rusiyalı biznesmendir. Onların hamısı qondarma qurumların saxlanması baxımından Rusiyanın dövət başçısına dəstək veriblər. Putinin oliqaxları Rusiyanın Ukrayna ərazisini işğal edərək yaratdığı qondarma "L/DNR"-ə maliyyə yatırımı ediblər . Onlardan biri isə “Vahid Rusiya” partiyasının seçki kampaniyasının sponsoru olan Rusiya Federasiyası prezidentinin yaxın adamıdır.
Prokurorluğun məlumatına görə, söhbət rusiyalı oliqarx Andrey Molçanova tabe olan “Aerok” şirkətindən gedir.
Bundan əvvəl ABŞ-ın rusiyalı oliqarx Roman Abramoviçin təyyarələrinin həbsinə order verdiyi bildirilirdi.
Qadir, Bizimyol.info