Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çavuşoğlu və Lavrov Ankarada “taxıl böhranı”nı müzakirə edəcəklər
Çavuşoğlu və Lavrov Ankarada “taxıl böhranı”nı müzakirə edəcəklər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə gedib.

Bizimyol.info xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı ilə görüşüb. Gündəlik məsələsi Qara dənizdə taxıl tankerləri üçün yaradılacaq təhlükəsiz dəhlizdir.

Lavrovun səfəri Rusiya-Ukrayna taxılının ən qısa zamanda dünya bazarlarına çatdırılmasının gözlənildiyi bir vaxta təsadüf edir.

BMT-nin “taxıl dəhlizi”nin açılması ilə bağlı yol xəritəsi gündəmdə olduğu halda, xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiya xarici işlər naziri Lavrovun görüşü diqqət mərkəzində olacaq.

Çavuşoğlu-Lavrov görüşündə Ankara-Moskva münasibətləri, Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət və regional məsələlər müzakirə olunacaq. Ancaq ən qaynar başlıq "taxıl dəhlizi" olacaq.

Müharibə şəraitində taxılın daşınması ilə bağlı hər iki tərəfdə təhlükəsizlik narahatlıqları var.

Ukrayna xüsusilə Odessa vilayətində dəniz minalarının çıxarılması ilə yaranacaq təhlükəsizlik problemindən, Rusiya isə Ukraynaya silah aparan taxıl tankerlərindən narahatdır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »