Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İŞİD-in qadın batalyonunun komandiri amerikalı olub
İŞİD-in qadın batalyonunun komandiri amerikalı olub

İraq Şam İslam Dövlətinin (İŞİD) amerikalı döyüşçüsü çərşənbə axşamı Suriyada 100-dən çox qadın və qızdan ibarət batalyona rəhbərlik etməkdə günahını etiraf edib.

Bizimyol.info xəbər verir ki, məhkəmə sənədlərinə görə, keçmiş Kanzas sakini ABŞ-da magistr təhsili almış 42 yaşlı Allison Elizabeth Fluke-Ekren 2012-ci ildə radikal dini qurumlarla birlikdə "cihad" etmək üçün Suriyaya gedib. Bundan əvvəl Amerika vətəndaşı olan qadın Liviya, Türkiyə və Misirdə yaşayıb, digər terror qruplaşması - Ənsar əş-Şəriyə ilə əməkdaşlıq edib.

Fluke-Ekren 2016-cı ildə hava hücumunda ölənə qədər snayperlər qrupuna rəhbərlik edən ikinci əri ilə birlikdə İŞİD terror qruplaşmasına qoşulub. O quruplaşmanın tapşırıqlarını yerinə yetirərək bir çox terror hadisələrinin törədilməsində iştirak edib.

ABŞ mediası Fluke-Ekren-in Virciniya ştatının İsgəndəriyyə şəhərindəki federal məhkəmədə xarici terror təşkilatına dəstək üçün sui-qəsd hazırladığını etiraf etdikdən sonra göz yaşlarına boğulduğunu bildirib. Belə bir cinayətə görə ABŞ-da 20 ilə qədər həbs cəzası nəzərdə tutulur.

2016-cı ildə Fluke-Ekren Suriyanın Rakka şəhərində Qadınlar Mərkəzini işə salıb, burada qadınlara və gənc qızlara "AK-47" avtomatları, qumbaraatan və partlayıcı intihar kəmərlərindən istifadə öyrədib.

2018-ci ildə Fluke-Ekren ailəsinə ölümü ilə bağlı bir mesaj verib. Ekspertlər ehtimal edir ki, həmin vaxt o, intiharçı kamikadze olmaq niyyətində olub.

Fluke-Ekren yanvarın 28-də Virciniya ştatının Şərq bölgəsində nəzarətə götürülərək saxlanılıb. Onunla bağlı məhkəmənin hökmü oktyabrın 25-nə təyin edilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »