Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya generalı Ukraynada atəş altına necə düşüb?
Rusiya generalı Ukraynada atəş altına necə düşüb?

"Rusiya komandanlığının ciddi problemləri var. Çünki adi hərbçilər döyüşlərə getmək istəmirlər. Roman Kutuzov ona görə öldü ki, o döyüş meydanında idi və əsgərləri döyüşməyə məcbur edirdi".

Bizimyol.info Ukrayna mətbuatına istinadla bildirir ki, bu barədə prezident aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç rusiyalı hüquq müdafiəçisi və jurnalist Mark Feyqinlə söhbəti zamanı bildirib.

Arestoviç Rusiya generalı Kutuzovun ölümü ilə bağlı təfərrüatları açıqlayıb. Onun sözlərinə görə, general hərbçiləri döyüş meydanında döyüşə məcbur edən zaman ölüb. "Rusiya general-mayoru Kutuzov hava desant-qoşunlarının “elit” hücuma məcbur edən zaman ölüb. Bu isə sübut edir ki, rusların böyük problemləri var. İmtina edənlər çoxdur”-deyə Arestoviç bildirib.

Xatırladaq ki, “Kommentariy” nəşrinin məlumatına görə, Ukraynda daha bir rus generalı məhv edilib. Məlumata görə, iyunun 5-də Artemovsk-Lisiçansk şossesi yaxınlığında döyüşlər zamanı yüksəkrütbli Rus general -mayoru Roman Kutuzov həlak olub.

Generalın ölümü təsdiqlənib. Təbliğatçılar öz saytlarında Ukraynaya qarşı müharibədə Rusiya orudusunun daha bir generalını itirməsi barədə yazırlar. Təbii ki, burada söhbət Roman Kutuzovdan gedir.

Nəşrin məlumatına görə, Ruslar işğal olunmuş ərazilərdə Rusiya gününə hazırlaşırlar. Xerson vilayətində ağır humanitar vəziyyət hökm sürür. Amma ruslar ərzaq və dərman əvəzinə Rusiya gününə hazırlaşırlar.

Məlumata görə, Rusiya ordusu kəndləri artilleriyadan atəşə tutmağı dayandırmadan işğal etdikləri ərazilərdə Rusiya Gününün qeyd olunması üçün tədbirlər hazırlayırlar.

İşğalçılar isə “Xerson təslim oldu”, “Xerson sadəcə olaraq tərk edildi”, “Xerson uğrunda vuruşmadılar”, “Xerson uğrunda vuruşdular, amma düzgün şəkildə yox” kimi təbliğat xarakterli məlumatlar yayırlar.

Qeyd edək ki, Ukraynada baş verənlər Rusiya ordusunun zəif nöqtələrini üzə çıxardı. Ordunun şəxsi heyətinin hazırlıq səviyyəsini bir çox analitiklər "biabırçılıq" olaraq qiymətləndirdilər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »