Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qarşıdan gələn qlobal aclıq Putin müharibəsinin nəticəsidir"
"Qarşıdan gələn qlobal aclıq Putin müharibəsinin nəticəsidir"

Almaniya dünya əhalisinə təhlükə olacaq aclığın əsas günahkarı və səbəbkarı kimi Rusiyanı görür.

Bizimyol.info xarici mətbuata istinadən xəbər verir ki, Almaniya kansleri Olaf Şolz bu barədə öz sosial şəbəkə səhifəsində yazıb.

"Qarşıdan gələn qlobal aclıq böhranının günahkarı Rusiyadır. Bu, Putin müharibəsinin nəticəsidir",- deyə Almaniya hökumətinin başçısı vurğulayıb. Şolzun sözlərinə görə, Qərb ölkələri BMT ilə birlikdə hazırda Ukraynadan taxıl ixracını bərpa etməyə çalışır.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin ərzaq böhranının tədarük zəncirlərinin pozulması, eləcə də Qərb ölkələrinin maliyyə siyasəti nəticəsində yarandığını bildirmişdi. Qeyd edək ki, Avropa Parlamentinin prezidenti Jozep Borrelin fikrincə, qlobal taxıl qıtlığının əsas səbəbi Rusiyanın Ukraynaya təcavüzüdür.

Qərbin sanksiyalarının yaxınlaşan kütləvi aclıqla heç bir əlaqəsi yoxdur. “Rusiya taxıl qıtlığına görə birbaşa məsuliyyət daşıyır və təcavüzünə son qoymaq əvəzinə, bu qıtlığı beynəlxalq sanksiyalarla bağlamağa fəal çalışır”,- deyə Borrell qeyd edir.

Onun sözlərinə görə, Aİ ölkələrinin tətbiq etdiyi məhdudiyyətlər Rusiyanın kənd təsərrüfatı məhsullarına və onların daşınmasına təsir göstərmir. "Aİ-nin sanksiyaları Rusiyanın müharibəni davam etdirmək qabiliyyətinə qarşı yönəlib. Sanksiyaların buğda ilə heç bir əlaqəsi yoxdur ",- deyə Aİ diplomatiyasının rəhbəri vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Prezident Aparatının rəhbəri Andriy Yermak bildirmişdi ki, Ukraynanın müttəfiqləri dəniz limanlarının açılmasına kömək etməli və Ukrayna Silahlı Qüvvələrinə silah tədarükünü sürətləndirməlidir. Bu, qlobal ərzaq böhranının qarşısını alacaq.

Xatırladaq ki, Rusiya Ukrayna taxılının ixracına maneə yaratmadığını desə də, bir müddət əvvəl bu mövzuda bazarlıq etməyə də çalışmışdı. Kreml taxıl ixracına imkan yaratmaq müqabilində sanksiyaların bir hissəsinin ləğvini istəmişdi. Amma ABŞ hökuməti bu təklifi rədd etmişdi. Ağ Ev Putinin aclıq üzərindən bazarlıq cəhdini "dəhşətli əməl" adlandırmışdı.

Hazırda Ukrayna taxılının ixracı üçün Ukrayna, Rusiya, Türkiyə və BMT-nin iştirakı ilə müzakirələr aparılır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »