Ukrayna və Rusiya, əlbəttə ki, danışıqlar masasına oturacaqlar, lakin bu gün və Rusiya Federasiyasının şərtləri ilə yox...
Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə məlumat marafonunun efirində Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib. O qeyd edib ki, Rusiya hazırda danışıqların zəruriliyi mövqeyidən çıxış edir. Çünki o, bütün resurslarını Ukraynanın şərqində toplayıb. Bu istiqamətdə hazırda çox şiddətli döyüşlər gedir.
“Onlarda müəyyən bir illüziya var. Rusiya tərəfinin fikrincə, indi elə bir andır ki, Ukraynanı Avropa birliyi və elita vasitəsilə məcbur edərək danışıqlar masasına oturtmaq olar. Çünki onlarda elə bir illüziya var ki, onlar hazırlığın zirvəsindədirlər”,- deyə Podolyak bildirib.

Onun sözlərinə görə, Ukrayna və Rusiya indi danışıqlar masasına əyləşməyəcək. "Əlbəttə ki, biz danışıqlar masası arxasına əyləşəcəyik, lakin bu gün və Rusiya Federasiyasının şərtləri ilə olmayacaq",- Prezident Aparatı rəhbərinin müşaviri vurğulayıb.
Xatırladaq ki, fevralın 24-də rus qoşunları Ukrayna ərazisinə hücuma keçib. Kreml Kiyevə müharibə elan etməyib, lakin öz qüvvələrinin hərəkətlərini “xüsusi əməliyyat” və xüsusən də Ukraynanın “demilitarizasiya”sı adlandırırlar.
Rusiya Federasiyası qoşunları əvvəlcə hərbi obyektləri bombalayıb, daha sonra isə dinc sakinlərin yaşayış məntəqələrini atəşə tutublar. Müharibə başladıqdan bir müddət sonra Ukrayna ilə Rusiya Federasiyası arasında sülh danışıqları başlayıb. Amma bu danışıqlar nəticəsiz qalıb və hərbi əməliyyatların dayandırılmasına heç bir təsir etməyib.
Rusiya prezidenti Vladimir Putin əvvəlcə Kiyevi ələ keçirməyi hədəfləsə də, buna gücü çatmayıb və geri çəkilməli olub. Hazırda Kremlin əsas məqsədi Donbassı tam olaraq zəbt etməkdir.
İlahin, Bizimyol.info