Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna: "Türkiyənin səylərini qiymətləndiririk, amma razılaşma yoxdur"
Ukrayna: "Türkiyənin səylərini qiymətləndiririk, amma razılaşma yoxdur"

Qlobal ərzaq böhranının qarşısını almaq, Ukrayna limanlarına olan maneələri aradan qaldırmaq üçün hər cür səy göstərdiyini ifadə edən Ukrayna bildirib ki, Xarici İşlər Nazirliyi BMT və tərəfdaşları ilə birgə humanitar dəhliz yaratmaq imkanları üzərində işləyirlər.

“Bu yaxınlarda Nikolayevdəki taxıl terminalına raket hücumunu nəzərə alsaq, biz Rusiyanın Odessa və Ukraynanın cənubuna hücum üçün belə dəhlizdən istifadə etmək planlarına göz yuma bilmərik”, - deyə nazirlikdən bildirilib.

Nazirlik sözünə belə davam edib: “Ona görə də nəqliyyatın yenidən qurulması üçün effektiv təhlükəsizlik təminatlarına ehtiyac var. Sahilləri dənizdən gələn təhdidlərdən qorumaq üçün Ukraynanı müvafiq silahlarla təmin etmək və Qara dənizin müvafiq hissələrini patrul etmək üçün üçüncü ölkələrin hərbi dəniz qüvvələrini cəlb etməklə belə təminatlar təmin edilməlidir”.

Türkiyənin Ukrayna limanları qarşısındakı maneələri aradan qaldırmaq səylərini təqdir etdiklərini ifadə edən Ukrayna Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, hazırda Ukrayna, Türkiyə və Rusiya arasında bu mövzuda heç bir razılaşma yoxdur.

“Biz vurğulayırıq ki, qərarlar bütün maraqlı tərəflərin iştirakı ilə qəbul edilməlidir. Biz Ukraynanın maraqlarını nəzərə almayan istənilən razılaşmanı rədd edəcəyik”,- deyə bildirilir.

Açıqlamada vurğulanıb ki, Ukrayna yük, dəmir yolu və çay nəqliyyatı ilə dünya bazarına taxıl tədarük etməyə başlayıb.

Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar kənd təsərrüfatı məhsullarının dəniz yolu ilə ixracı üçün təhlükəsiz dəhliz danışıqları ilə bağlı yazılı açıqlama verib. Bodnar bəyan edib ki, Ukrayna qlobal ərzaq böhranının qarşısını almaq üçün Ukrayna limanlarının blokadasını aradan qaldırmaq üçün maksimum səy göstərir.

Ötən həftə Ukrayna və Türkiyə prezidentlərinin Ukraynadan dəniz yolu ilə kənd təsərrüfatı məhsullarının ixracı üçün təhlükəsiz dəhlizin yaradılması ilə bağlı görüş keçirdiklərini xatırladan Bodnar bu ifadələri işlədib: “Türkiyənin bu istiqamətdə göstərdiyi səylərə görə minnətdarlığımızı bildirmək istərdim. Eyni zamanda vurğulamaq istərdim ki, Ukrayna, Türkiyə və Rusiya arasında bu məsələ ilə bağlı hələlik razılıq əldə olunmayıb.  Ukraynada kənd təsərrüfatı məhsulları ilə bağlı qərarlar bütün maraqlı tərəflərin iştirakı ilə qəbul edilməlidir. Ukraynanın maraqlarını nəzərə almayan razılaşmalar tərəfimizdən rədd ediləcək. Həmçinin, son bir neçə gündə Rusiya Federasiyasının Nikolayevdəki taxıl terminalına həyata keçirdiyi raket hücumunu nəzərə alsaq, Rusiyanın bu dəhlizdən yararlanmaq və ondan Odessaya hücum etmək və ondan fürsət kimi istifadə etmək ehtimalını nəzərdən qaçıra bilmərik. Buna görə də dəniz nəqliyyatının bərpası üçün effektiv təhlükəsizlik təminatlarına ehtiyac var. Bu təminatlar Ukraynanın sahillərini dənizdən gələn təhlükələrdən qorumaq üçün müvafiq silahların tədarükü və Qara dəniz akvatoriyasının müvafiq hissəsinin qorunmasında üçüncü ölkələrin hərbi dəniz qüvvələrinin iştirakı ilə təmin edilməlidir. Hazırda biz BMT və tərəfdaşlarımızla Ukraynada kənd təsərrüfatı məhsullarının ixracı üçün humanitar dəhlizin yaradılması imkanları üzərində işləyirik”.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »